7 aylıq körpənin inkişafı

Müəllif: Ay_işığı
Şərhlər: 6
Baxılıb: 918
Səs ver:
(səs: 0)
7 aylıq uşaqların əksəriyyətində əvvəllər öyrəndiyi hərəkətlər, daha da möhkəmlənərək, mənimsənilir.

Balaca arxayın oturur, fəal sürüklənir, kəkələyir. Əgər əvvəllər bunu bilmirdisə, indi etməyə başlayır. Onun qida rasionu xeyli genişlənir.

Qadinla.com 7 aylıq körpənin digər xüsusiyyəti və bacardıqları ilə sizi tanış edir:

- 7 aylıq körpənin çəkisi təxminən 8,2 – 8,9 kq, boyu 66,5 – 68 sm olmalıdır.

- Bu ayda uşağın baş dövrü 45 sm, döş qəfəsi isə 45,8 – 46,6 sm təşkil edir.

- Uzun-uzadı “ma-ma-ma”, “ba-ba-ba” eyni üslubları təkrarlayaraq, danışmağa çalışır. Digər səsləri də təqlid etmək, xoşuna gəlir.

- Carpayısından tutaraq, sərbəst ayaqları üstə qalxa və dayana bilər.

- O, sərbəst beli düz şəkildə və ya nəyəsə söykənərək otura bilir.

- Qarın üstə sürüklənir, lakin onda bu, getdikcə daha yaxşı alınır.

- Yemək zamanı, yerində sakit oturmur, vəziyyətini daim dəyişir. Anaya, onunla uyğunlaşmaq düşür.

- Bu dövrdə körpənin dişləri çıxmağa başlayır, balaca yemləmə zamanı ananın sinəsini dişləyə bilər.

- Hər şeydən səsləri öyrənməyə çalışır, məsələn, predmeti döyür, sirkələyir və ya sadəcə musiqi oyuncaqlarla oynayır.

- Uşaq bəzi əşyaların xüsusiyyətlərini artıq bilir. Məsələn, o başa düşür ki, rezin oyuncağı sıxdıqda səs verir. Balaca biliyini hər şeydə istifadə edir və öz hərəkətlərini təhlil etməyə çalışır.

- “Olar” və ya “Olmaz” sözünün mənasını artıq yavaş-yavaş başa düşür.

- Ətrafdakı əşyaları araşdırır, onların dadını bilmək üçün: yalaya, çeynəyə və ya sora bilər. Bu ona, şəxsi təcrübə toplamağa kömək edir.

- O, cəlbedici obyektə qədər dartıla bilir. Əgər ona çatdısa – çox sevinir.

- Öz adına reaksiya verir, adını tanıyır.

- Həmçinin körpə böyüklərin diqqətini, üzərinə çəkməyi yoxlayır.

- Ondan soruşulan predmeti baxışı ilə axtara bilir. O, ağzı, burnu, gözünün və s. harda olmasını göstərə bilər.

- Bir çox 7 aylıq balacalarda diş çıxımı başayır. Bu zaman anaları yuxusuz gecələr, körpənin hədsiz şıltaq olması, iştahsızlıq gözləyə bilər. Burada yalnız bir şeyi məsləhət görmək olar: Səbr edin, tezliklə hər şey düzələcək. Körpəyə, simptomları yüngülləşdirmək üçün xüsusi diş sürtən oyuncaqlardan ala bilərsiniz ki, o damaqlarını qaşıyıraq rahatlansın. Bir dişi olan balacaya çörək, kök verməyin, o, çörəyi bir tikə dişləyərək, boğula bilər.

- Uşaqda nitq qabiliyyəti, fəal şəkildə inkişaf etdirməyə, başlamaq olar. Onunla daha çox ünsiyyət qurun. Ona ətrafında baş verən hər şeyi danışın, onun bütün hərəkətlərini deyin. Körpəyə nağıllar, məzəli və müxtəlif şerlər oxumaq, faydalıdır.
Körpə artıq bir çox əlavə qidaları yeyir. Bir sıra məhsullar var ki, o, onları məmnuniyyətlə yeyir və ya xoşlamadığı məhsullar da var. Burada yadda saxlamaq vacibdir ki, körpəyə heç bir halda, qidanı məcbur vermək olmaz. O yeməkdən zövq alaraq, doymalıdır. Körpənizin şəxsi meyllərinə qarşı səbrli olun.
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 918
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Şərh sayı: 7855
Xəbər sayı: 1323
Son Bahar
Oglumun 4 yasi var bu yasina qeder netde inkisafi cekisi boyu davranislari haqqda maraqlqniram hemiwe bu aylarda korpesi olan analar ucun maraqli mariflendirici xeberdi
25 iyun 2020 23:52
6
Son Bahar kadini
Şərh sayı: 6150
Xəbər sayı: 0
Cema_Axodova
Bele xeberle oxuyanda adam 3cu bebew duwunur lap;)
25 iyun 2020 05:14
5
p.s
Şərh sayı: 310
Xəbər sayı: 0
_samire_
Hmm maraqli oldu oxumaq.....
25 iyun 2020 04:55
4
Şərh sayı: 4594
Xəbər sayı: 47
fiyonik
Sirf evli xanim ucun deyil bi xeber. Men de 5 yasinda usag anasiyam. Omerimi men boyutmusem. Haqli olaraq 2-ci anasiyam. Oxuya-oxuya o yadima dusdu. Auuu deyirdi dodaglarini buzub. Maragli melumat idi. Tesekkurler
25 iyun 2020 01:21
3
"-Bir Leyla değildim belki,sense bir Mecnun. Sen bir kere ıssız çöllerde yana yakıla aramadın,ama ben seni hep bekledim Züleyhanın Yusufu beklediği gibi bekledim seni. Aldatıllığını bilen bir Piraye olmama rağmen,Nazimi sever gibi sevdim seni.-"
'Hercai'm...İlk ve son kez aldanmışlığım...Yürek sızım...Meftunum.'
Reyyan
Şərh sayı: 277
Xəbər sayı: 0
Qıvırcıq_007
Balaca şirinləri olan xanımlarçın faydalı məlumatdır.Oxumaq xoş oldu.

Təşəkkür⭐
25 iyun 2020 00:42
2
Şərh sayı: 3273
Xəbər sayı: 109
Btsarmy;)
Saytdaki evli xanimlar ucun faydalı xeber idi)
Teşekkürler baci'can❤✌)
24 iyun 2020 21:30
1
-'Cox deyirler!)) "Sevgi nedir?"
"Sevgi kor bir insana goygurwagini basa salmaqdir" //
...✌

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri