Yeni analara uşaq baxımında məsləhətlər...

Müəllif: Pure Love
Şərhlər: 0
Baxılıb: 3 997
Səs ver:
(səs: 0)

 

 

Ailəyə yeni bir üzv qazandırarkən körpə baxımı mövzusunda çox şey oxuyub çox məlumat sahibi olmuş ola bilərsiniz. Hətta məlumat bombardmanından ötəri başınız da qarışmış ola bilər. Gəlin, bu dəfə sakit başla məlumatlarınızı nəzərdən keçirin və təcrübəli anaların təkliflərinə diqqət edin. 

 

Ətrafa qulaqlarınızı tıxayın

Doğumdan sonra xəstəxanadan çıxmadan bir əmizdirmə məsləhətçisindən əmizdirmə praktikası mövzusunda kömək istəyin. Güvənə biləcəyiniz bir həkimə arxalanın. Əmizdirmə və körpə baxımı mövzusunda məlumatlandıqdan sonra instinktlərinizi dinləyin və ətrafdan gələn təzyiqlərə qulaq tıxayın. Hər kəsin hər mövzuda fikri ola bilər amma bu fikirlər bir-birini tutmaya bilər. Başınızın qarışmasına icazə verməyin. 

Hər ağlama kolik deyil

Körpələrdə səbəbi bilinməyən ağlamalara kolik deyilir. Kolik, bir xəstəlik deyil və körpəyə zərər vermir. Körpənin xarici dünyaya uyğunlaşma müddətinin bir parçası olaraq qəbul edilir. Ancaq körpənin hər ağlaması kolik olmağa bilər. Turşu reflü deyilən, ağrılı bir narahatlıq da ağlama böhranlarına yol aça bilər. Amma qorxmayın, bu tamamilə müalicə edilə bilər bir xəstəlik. Heç keçməyən ağlamalardavam edirsə, körpəni həkimə aparmaq lazımdır. 

Körpəni qucaqlamaq yaxşı bir şeydir

Son on ildir analar körpəsini çox qucağa almanın bir şey olmadığını, onu buna alışdırmamaq lazım olduğunu öyrəndilər. Ancaq körpəni davamlı qucaqda tutmaqdan ötəri günahkarlıq hiss etməməlisiniz. Körpə baxım mütəxəssisləri tez-tez qucağa alınan və ehtiyacları anında qarşılanan körpələrin özfarkındalıklarının daha yüksək olduğunu, bu sayədə özlərinə dəyər verildiyini və hörmət edildiyini öyrəndiklərini ifadə edir. Bu səbəbdən körpənizi qucaqlamanın yaxşı və təbii bir şey olduğunu düşünüb rahatlayın. 

Sterilizasyon düşündüyünüzdən daha asandır

Əmzik, diş qaşıma muncuğu və digər bütün körpə vəsaitlərini sterilize etmək üçün köhnə üsul qaynar su dolu qazanımı istifadə edirsiniz? Amma bundan daha asan bir üsul daha var. Bütün xırda zıvırı qabyuyan maşınına qoyun və yuyucu istifadə etmədən qısa və yüksək istilikli proqramda yuyun. 

Musiqi sakitləşdirər

Musiqi, hər insanda hirsi yatırdığı kimi körpələrdə də sakitləşmə mövzusunda təsirlidir. Evdə, avtomobildə, yatmasını istədiyiniz zamanlarda yumşaq musiqidən, xüsusilə klassik musiqidən dəstək ala bilərsiniz. Musiqi onu yatırıb boşaldacaq. 

Ayaqqabını boş verin

Getməyə başlayana qədər ayaqqabıya ehtiyacı olmayacaq. Əgər ayaqqabı alırsınızsa  və geydirirsinizsə, bu, körpənizin ehtiyacı olduğu üçün deyil, siz elə görmək istədiyiniz üçündür. Pulunuzu saxlayın və ayaqqabıya ehtiyac duyduğu zaman xərcləyin. 

Çox kiçikkən yalançı süd verməyin

Yalançı məmə sizə qısa davamlı nəfəs alma fürsəti verə bilər. Ancaq körpənin yalançı əmziyi tutmaq üçün etdiyi dil, damaq və dodaq hərəkətləri ana məməsini əmərkən etdiyindən çox fərqlidir. Yalançı məməyə alışmaqda çətinlik çəkə bilər amma bir dəfə alışınca da ana məməsini qavramaqda çətinlik çəkə bilər. Bu da məmənin buraxılması, düstur və əmzik bəslənməyə keçiş mənasını verər. Bu səbəblə mümkünsə ilk 3 ay körpənizə əmzik verməyin.

Sıx duş qəbul etdirmək yaxşıdır 

Bəzi körpələr duşdan sonra çox rahatlayar və gözəl yatar. Böyümə hormonu yuxuda ifraz olunduğundan duş, körpənin böyüməsinə qatqı təmin edə bilər.

Dırnaqlarını kəsmək üçün gözləməyin 

Körpənin dırnaqları, dırnaq yatağını nə vaxt keçsə o zaman kəsilər, bunun üçün qırxını gözləməyə ehtiyac yoxdur. Hətta dırnaqları bəzən körpə doğulduğunda belə kəsilə biləcək qədər uzun ola bilər. Əllərini istəksiz hərəkət etdirdiyindən ötəri dırnaqlarıyla üzünü cıza bilər. Bunu önləmək üçün əlcək geydirməyi laqeyd yanaşmayın. 

Bədbəxtlik qaynaqlarını uzaqlaşdırın

Südüm körpəmə çatmır deyə narahat olmayın. Hər ananın südü körpəsinə yetər. Yalnız səbirli olun və bol- bol əmizdirin. Ətrafdan gələn mənfilikləri qulaq arxası edin və bədbəxt olmanıza səbəb olacaq hər şeyi özünüzdən uzaqlaşdırın.

Tərcümə və Redaktə etdi:PURE LOVE

 

(səs: 0)
Şərhlər: 0
Baxılıb: 3 997
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri