Uşaqlar saç kəsdirməkdən niyə qorxur?

Müəllif: NoName
Şərhlər:
Baxılıb: 7047
Paylaş:
Səs ver:
(səs: 0)

 

Saç kəsdirmək uşaqlarda spesefik bir fobiyadır
Bəzi insanların saç kəsdirmək kimi qorxuları  əvvəlki təcrübədən qaynaqlanır. Daha doğrusu bu qorxu  pis bir tərcübə ilə bağlı olur və nəticədə fobiya halna gələ bilir.  Uşaqları məcburi şəkildə stola otuzdurub ağlaya-ağlaya saçlarını kəsdirmək çox yalnış bir hərəkətdir. Çünki uşaqlar bu zaman saç kəsdirmək prosesinə daha çox nifrət edir. Ümumiyyətlə uşaqları nəyəsə məcbur etmək və hansısa işi zorla gördürmək olmaz.
Xüsusilə də ilk dəfə saç kəsdirən uşaqlara qarşı ehtiyatlı davranmaq lazımdır.  Saç kəsən alətlər uşaqları qorxuda və ağlamağa məcbur edə bilər. Həmin alətləri gördükdə uşaqlar qəribə bir sıxıntı keçirir. Valideynlərin “Qorxma heç nə olmayacaq və incitməyəcək" deməsi onları daha da təşvişə salır.
Mütəxəsislər və uşaq psixoloqları məsləhət görür ki, bu sözlərin əvəzinə “Saç kəsdirmək çox maraqlı və çox əyləncəli olacaq. Kəsdirdikdən sonra çox gözəl və daha qəşəng görünəcəksən ” kimi ifadələr işlətsin.  Bu sözlər uşaqları həvəsləndirib ruhlandıracaq.
Bundan başqa alətlərin uşağın başında səsləri çıxarması onları narahat edir. Saçını kəsməmişdən qabaq alətləri uşağa göstərib, onlar haqqında ətraflı məlumat vermək lazımdır.  Yaxşı olar ki, həmin alətlər rəngli olsun. Həm də uşaqlarla yaxşı dil tapan və ünsiyyət quran saç ustalarının yanına aparmaq məsləhət görülür. Gözəlik salonlarının insanları gözəl etmək üçün var olduğunu da izah etmək lazımdır.

 

Redakte etdi: PRETTY GIRL


loading...
(səs: 0)
Şərhlər:
Baxılıb: 7047
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv