Cəzalandırmaq və cəzalandırmamaq

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 2 272
Səs ver:
(səs: 0)

Bir çox müzakirə edilən mövzulardan biri də cəzalandırmaq, ya da cəzalandırmamaq mövzusudur. Sizcə hansı doğrudur?

Bir çox ana və ata cəzalandırmağı uşağın doğru öyrədilməsi üçün qaçılmaz olduğunu müdafiə edir. Hətta bəzi ana və atalar açıqca uşaqların yalnız cezalandırılmaqla sakitləşdiyini söyləyirlər və bunu şiddətlə müdafiə edirlər.
Özünüzü düşünün, uşaqlıq dövrünüzdə cezalandırıldığınız anları xatırlamağa çalışın, necə bir duyğu yaşayırdınız?
Cəzalandırmaq çox vaxt, kin, nifrət və intiqam hissini yaradır, adamı daha da əsəbi olmağa vadar edir və sonunda da adamın özünə olan etibarının itirməsinə səbəb olur; bu işin sonu bəzən adamın özündən belə nifrət etməsinə və dünyaya çox mənfi bir gözlə baxmasına gətirib çıxarır.
Cəzalandırmaq pisdirsə, bəs nə etmək lazımdır? Deyə soruşursunuzsa, sizə bir siyahı verə bilərəm. Amma hər şeydən əvvəl bunu bilməlisiniz ki, siz bir insan yetişdirirsiniz və bir insan yetişdirmək, bir brilyant işləməkdən çox daha çətin və səbr tələb edən bir işdir. Bunu unutmayın ki, indi hər bir uşaq olan oğul-uşağınız bir gün qarşınıza sizin boyunuzda bir insan olaraq çıxacaqlar; Bundan heç şübhəniz olmasın.Amma onları indi bir brilyant kimi səbr və diqqətlə böyürtsəniz bir neçə illər sonra qarşınızdakı insanla sevinə biərsiniz məhz bu mənim övladım deyə bilərsiniz.
Bir az səbirli olsanız, əslində doğru üsulların daha asan nəticələr verdiyini də çox tez fərq edəcəksiniz. Səhv üsullarla uşağınızı doğruya istiqamətləndirmək çox daha çətin nəticələr verə bilər, halbuki, doğru üsulları ilk başda bir az səbr göstərərək tətbiq etmək lazımdı.Çox daha asan və qəti nəticələr verdiyini qısa bir zamanda fərq edəcəksiniz.
Cəzalandırmaq yerinə nələr edə bilərik sualına geri dönüb, bu üsulları qısaca siyahı halında sıralamaq istəyirəm.
1)Doğrunu ona göstərin. .
2)Uşağın səhvini ona izah edərkən, uşağın şəxsiyyətini hədəf almayın.
3)Ondan istədiklərinizi açıqca söyləyin və duyğularınızı dilə gətirin.
4)Səhvlərini necə düzəltməsi lazım olduğunu ona izah edin.
5)Bunların heç biri işə yaramadısa, indi məhdudlaşdırma gətirə bilərsiniz.
6)Etdiyi səhvlər nəticələrini yaşamasına qismən icazə verin.
Xanımlar bəs siz necə uşaqlarınızı cəzalandırırsınız?

 

Redakte etdi: PRETTY GIRL

(səs: 0)
Şərhlər: 0
Baxılıb: 2 272
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri