Körpə süddən necə kəsilər...

Müəllif: Pure Love
Şərhlər: 1
Baxılıb: 6 242
Səs ver:
(səs: 0)

 

 

 Körpənizin güvən duyğusu həyatın ilk günlərində şəkillənməyə başlar. Yenidoğan dövrü ana-körpə əlaqəsi baxımından çox önəmlidir. Körpədə təməl güvən duyğusunun ilk əlaməti olaraq bəslənmə, yuxu vs. funksiyalarda ehtiyacların qarşılanması və rahatlığa qovuşması əhəmiyyətlidir. Doğumdan sonrakı ilk həftələrdə körpə, ananı ayrı bir adam olaraq deyil, özünün ayrı bir davamı hesab edər.

Əmmə impulsuyla doğan körpə ilə ana arasındakı bağın meydana gəlməsində əmmə müddəti əhəmiyyətli rol boynuna götürər. Əmmə ana-körpə arasındakı sevgi alveridir. Əmmə müddəti dinc bir mühitdə, ekoloji xəbərdarlıqlardan uzaqda reallaşsa körpə, ananın qucağından özünü etibarda və rahat hiss edər. 12. ayda uşağın marağı ətrafa çox çox yönəlmiş, getməklə birlikdə müstəqil olma və anadan ayrılma sınaqları etməyə başlamışdır.

Təməl güvən duyğusunun meydana gəlməsi üçün ananın uşağın bu səylərini dəstəkləməsi, hər an köməyə hazır olması əhəmiyyətlidir. Məmədən ayrılma əgər 12-13 ayda reallaşa bilsə, uşaq öz sərhədlərini çəkməyə başlar və xarici dünyanı kəşf üçün sınaqlar edər.

Ancaq körpənin məmədən nə vaxt ayrılacağını ana-körpə arasındakı əlaqənin xüsusiyyətinə, körpənin və ananın ehtiyaclarına görə qiymətləndirmək daha doğrudur. Ana, körpəni məmədən ayırmağa əvvəl özü hazır olmalıdır. Əgər ana uşağın özünə olan asılılığın davam etməsini istəyirsə, ana körpəsni məmədən ayırmağa hazır deyilsə, uşaqda ananı əmməyə davam edəcək.

Məmədən necə ayırmalı?

Pilləli olaraq əmmə müddətinin azaldılmağa başlanması lazımdır. Məmədən ayırma müddətin tərəfindən ana uşaqla olan qarlılıqlı təsirini davam etdirməli, xüsusilə tensel, dokunsal sevgi alveri, romantik doyum davam etməlidir. Əks halda uşaq rədd edilmişlik duyğusu yaşayacaq.

Birinci mərhələ:

Bərkqidaları rahatlıqla yeyə bilməli, əmziklə maye içə bilməlidir. Özünü narahat edəcək dəyişmələrin içində olmamalıdır (Baxıcı dəyişikliyi kimi).

İkinci mərhələ:

O istəmədikcə əmizdirməyin, addım-addım əmmə müddətini azaldın.

Üçüncü mərhələ:

Xüsusilə yatmadan əvvəl əmmək istəyə bilər. Bu anlarda dokunsal təması ondan əsirgəməyin. Saçını oxşaya bilər ona toxuna bilərsiniz. Gün içində əmmək istədiyində isə diqqətini başqa istiqamətə çəkərək uşağınızın fikirini uzaqlaşdıra bilərsiniz.

Məmədən ayırma dövründə:

Ananın buna hazır olması, körpəsinə dəstək olması.

Körpəsi ilə tensel-dokunsal ünsiyyəti davam etdirməsi.

Əmmə müddətinin azalması.

Ananın bu müddətdə qərarlı olub, körpəyə güvən verməsi.

Xüsusilə yuxudan əvvəl əmmə yerinə onu rahatlaşdıracaq alternativlər təqdim etməsi.

Bu müddətdə ananın körpələ güc döyüşündən qaçınması əhəmiyyətlidir.

Tərcümə və Redaktə etdi: PURE LOVE

 

 

(səs: 0)
Şərhlər: 1
Baxılıb: 6 242
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri