Körpələrdə qaz sansıcı..

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 31 146
Səs ver:
(səs: 2)

Deyək ki, ilk dəfə ana ata oldunuz, körpənizlə birlikdə xəstəxanadan evə döndünüz. Yenidoğan körpəniz, südünü əmib günün böyük hissəsini yataraq keçirir. Siz də nə qədər şanslı olduğunuzu, körpənizin çox dinc olduğunu düşünürsünüz. Tələsik etməyin! Sonra birdən-birə, 2-3 həftə keçdiyində sanki o dinc körpə gedib yerinə kiçik bir canavar gəlir. Sevimli körpəniz, axşama doğru birdən xasiyyətsizlənir, dayanmadan ağlamaya başlayır. Qıçlarını qarınına çəkir, qızarıb pozarır, əllərini yumruq edir, sanki canı çox ağrıyırmış kimi ağlayır. 


Üstəlik bu vəziyyət, həftənin çoxu günü eyni saatlarda təkrarlanır. İşdə, körpə böyütmənin ən çətin dövrlərindən biriylə qarşı-qarşıyasınız. 

Sağlam körpələrdə görülən bu tərz səbəbsiz ağlamalara qaz sancisi deyirik. Qaz sancisi bir xəstəlik deyil və körpəyə zərər vermir. xarici dünyaya uyğunlaşma müddətinin bir parçası olaraq qəbul edilə bilər. 

Qaz sancisi nə qədər sürər? 

Körpə 2-3 həftəlik olduğunda başlar, 4-6 həftədə ən sıx dövrə çatar, əksəriyyətlə 3 ayda bitər. 

Körpənizi həkime Aparmalımı? 

Körpənizi həkimə aparmaqda fayda var.həkiminiz körpədə başqa bir problemin olmadığından əmin olmaq üçün onu müayinə edəcək. Bəzən yırtıq, bağırsaq düyünlənilməsi, orta qulaq iltihabı, sidik yolu infeksiyasi kimi problemlər də çox ağlamaya gətirib çıxarar  ayrıca,həkiminiz, bunun üçün bəzi damlalar və ya bitki mənşəli çaylar təklif edile biler. Ana südü alan körpədə ananın yediklərinə allergiya, ushaq yemekleri alan körpədə yemeyin  məzmununa allergiya, həzm sisteminin tam yetkinləşməmiş olması, artmış bağırsaq qazı, körpənin gündəlik təkrarlananındakı dəyişikliklər, ananın narahatlığı ilə əlaqəli ola biləcəyi düşünülməkdədir. Ancaq, qəti bir səbəb müəyyən oluna bilməmişdir. 

Əmizdirən ana hansı qidalardan qaçınmalı? 

Kələm, gül kələm, brüksel kələmi, brokoli, quru paxlalılar, inək südü və süd məhsulları, soğan, sarımsaq, ədviyyatlı qidalar, qəhvə, çay, şokolad kimi qidalar ananın diyetindən çıxarılıb körpənin rahatlayıb rahatlamadığı müşahidə edilə bilər. 

Körpəsini rahatlaşdırmaq üçün nələr edilə bilər? 

Bu mövzuda tək bir meslehet yoxdur. Hər körpə, özünə mexsusdur . Birini rahatlaşdıran üsul digərində işə yaramiya bilər. Aşağıda təklifləri sınayıb körpənizi rahatlaşdıran həlli bula bilirsinz. 

Yumşaq bir ədyala sarın

Qucaqlayıb sarılın

Ninni, mahnı oxuyun

Musiqi dinlədin

Qucaqda və ya beşikdə yelləyin

Qarınına ilıq yağ ilə masaj edin

Qarınına ilıq dəsmal qoyun

İlıq bir duş qəbul etdirin

Körpə avtomobilində gəzdirin

Əmzik verin

Tercume etdi:Su_Perisi_

(səs: 2)
Şərhlər: 2
Baxılıb: 31 146
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri