Uşaqlarınıza Hər Gün 1 Yumurta Yedirin

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 2 816
Səs ver:
(səs: 3)

Səlcuq Universiteti Qida Mühəndisliyi Hissəsi Müəllim Prof. Dr. Mustafa Karakaya, sağlam və balanslı bir bəslənmə üçün heyvansal qidaların mütləq nizamlı şəkildə alınması lazım olduğunu ifadə etdi. 

İnsan bəslənməsində və bədən inkişafında zülalların böyük əhəmiyyət daşıdığını vurğulayan Karakaya, ət, süd və yumurta kimi heyvansal məhsulların da zülal baxımından zəngin qaynaqlar olduğunu bildirdi.
Karakaya, bioloji dəyəri ən yüksək olan zülalların yumurtada tapıldığını ifadə edərək, bunları qeyd etdi;
Yumurtanın tərkibində olan zülallar, bütün qidalardakı zülallar arasında ən keyfiyyətli olanlardır. Yumurta, zülal, yağ, vitamin və mineral kimi qida maddələrinin bir çoxunu ehtiva edən əhəmiyyətli bir qida qaynağıdır. Uşaqlar və gənclər xüsusilə zehni inkişafları üçün, böyümələrini tamamlayana qədər gündə 1-2 ədəd yumurta istehlak etməli.
Bu yaşlarda yumurta və ya ət, süd kimi heyvansal qidaları kifayət qədər  götürmədən böyüməsini tamamlayan fərdlər, irəli yaşlarında bu qidaları nə qədər götürsələr götürsünlər zehni inkişafları üzərində artıq çox çox təsirli olmayacaq.
Xüsusilə uşaqların zehni və bədənsəl inkişafında əhəmiyyətli rol oynayan yumurtanın hər yaşda nizamlı olaraq istehlak edilməsi, bəzi xəstəliklərdən qorunma baxımından da faydalıdır. Bu səbəblə xüsusilə analar, kiçik yaşdakı uşaqlarına zehni inkişaflarını tamamlaya bilməsi üçün yumurta yedirməyi laqeyd yanaşmamalı.
Bütün bu faydalarına qarşı, yumurtanın həddindən artıq istehlak edilməsinin də səhv olduğunu, ət, süd və yumurtanın yanında bitki mənşəli qidaların da balanslı şəkildə alınması lazım olduğunu izah edən Karakaya, yüksək nisbətdə yağ və karbonhidrat ehtiva edən qidaların istehlakında həddindən artığa qaçılması vəziyyətində kilo artımına bağlı bəzi sağlamlıq problemlərinin ortaya çıxa biləcəyini bildirdi.
 
Tərcümə etdi: PRETTY_GİRL
(səs: 3)
Şərhlər: 1
Baxılıb: 2 816
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri