Körpələrin ağlama səbəblərinin sirri tapıldı

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 4 954
Səs ver:
(səs: 3)
Üzün aldığı şəkilə görə körpələrin ağlama səbəbinin aydın ola biləcəyi bildirilir.
Məlumata görə İspaniyadakı Murcie Universitetinin bir sıra elm adamları, 3-18 aylıq 20-ə qədər körpənin ağlayarkən üzlərinin aldığı şəkli araşdırıb.
Körpələrin əsəbdən ağladığında gözlərinin açıq ya da batıq olduğu, baxışlarının isə dalğın olduğu görülüb.
Qorxu vəziyyətində isə gözlərinin daha çox açıldığı, bəzən başın geriyə yönəldiyi və gözlərin bir nöqtəyə fokuslanıldığı deyilir.
Ağrı vəziyyətində isə ağlayan körpələrin gözlərinin az qala bağlı olduğu və alınlarının yüngül qırışdığı məlumatda öz əksini tapıb.
Elm adamları, ağrısı olan və ya qorxan körpənin birdən gur səslə ağlamağa başladığını, əsəbi olduqda isə ağlama səsinin gedərək artdığını qeyd ediblər.
Ağlayan körpələrin fotoşəkillərinə görə əsəbilik və qorxu halını ayırd etməkdə çətinliyin olduğu da təyin olunub.
Araşdırmanın, ''Spanish Journal of Psychology'' jurnalında dərc olunduğu da bildirilir.
(səs: 3)
Şərhlər: 1
Baxılıb: 4 954
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri