++++++++++Günəşin uşaqlara təsiri

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 7 589
Səs ver:
(səs: 0)
Günəş şüaları, uşaqlarda sümük inkişafı və ümumi sağlamlıq üçün lazımlı olan D vitamininin meydana gəlməsini və bədənin müqavimətli olmasını təmin edər.
Şüursuzca günəş şüalarına məruz qalmaq isə böyük zərər verər. Bu səbəblə ana-atalar, uşaqları üçün necə və nə qədər günəş vannası qəbul etmənin faydalı olduğunu yaxşı bilməli, günəş şüalarından qorunma mövzusu haqqında da məlumat sahibi olmalıdır.

Günəş Şüalarının Zərərləri

Günəşdə çox qalmaq, erkən dövrdə günəş yanıqları və günəş çarpması olaraq bilinən təhlükəli vəziyyətlərə səbəb olar. Dəridə qızarma, içi su dolu qabarcıqlar, şişmə, qaşındı və ağrı ortaya çıxar. Təsirlənən sahə genişsə şüur itkisi, yüksək atəş, bulanma, qusma, maye itkisinə bağlı həyati təhlükə də ola bilər. Bu təhlükə, kiçik uşaq və körpələr üçün daha da böyükdür. Belə vəziyyətlərdə dərhal həkimə müraciət etmək lazımdır.
Təkrarlayan günəş yanıqları isə, dəridə erkən yaşlanma və dəri xərçənginə dəvətnamə çıxarar, son dərəcə təhlükəlidir. Dəri xərçənglərindən qorunmaq üçün günəş yanıqlarından və həddindən artıq günəşdə qalmaqdan qorunmaq lazımdır.

Uşaqlar Günəşdən Necə Qorunmalıdır?

Uşaqların dərisi, yetkinlərə görə daha incə və daha açıq rənglidir, yağ ifrazatı çox az olduğu üçün daha qurudur. Günəş yanığı daha asan və tez olar. Açıq rəng saç və göz rəngi, günəşə qarşı daha həssas dəri tipini göstərər.
Xüsusilə qırmızı saç-açıq mavi və ya yaşıl göz-çilli dərisi olanlar günəşdən ən çox zərər görən kəslərdir. Uşaqlarda da açıq rəng gözlülər günəşdən daha çox təsirlənər.

Uşaqları Günəşdən Qorumaq Üçün Nələr Edilə bilər?

- 11.00-16.00 saatları arasında uşaqlar kölgədə olmalıdır.
- Günəş duşları səhər və ya günortadan sonra ifadə edilən saatların xaricində edilməlidir.
- Günəşdə qalma müddəti, körpələr üçün 10 dəqiqə, böyük uşaqlar üçün 20 dəqiqəni keçməməlidir.
- Uşağın başı sipərlikli bir şapka ilə qorunmalı, mümkünsə uyğun bir günəş gözlüyü ilişməlidir.
- Dəniz, qum və beton zəmindən əks olunan günəş şüaları da günəş yanığına səbəb ola biləcəyi üçün uşaq geniş çətir altı və ya tam kölgə sahələrdə oynamalı, istirahət etməlidir.
- Buludlu havalarda ultrabənövşəyi şüaları buludlardan keçərək yanıq edə bilər, bu səbəblə yazın günorta saatlarında hava buludlu da olsa, uşaqlar açıqda uzun müddət qalmamalıdır.
- Körpə avtomobillərində geniş bədəndəli olanlar seçilməlidir.
- Ən təsirli qoruma, şapka və geyimlərlə olar, günorta saatlarında uşaqlar geyimli olmalıdır.
- Geyimlər, pambıqlı, sıx toxumalı olmalıdır. Məsaməli parçalardan keçən günəş şüaları yanıq edə bilər. Yaş geyimlər günəş şüalarını keçirər. Bu səbəblə yaş tişörtlə uşağın dənizə-hovuza girməsi günəş yanığına səbəb olar.
- Uyğun günəş kremləri istifadə edilməlidir.

Pediatrik Dermotoloji Dərnəyi Başçısı
Prof. Dr. Ümid

Tərcümə etdi:
PRETTY_GİRL
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 7 589
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri