Körpələrin çox yatma səbəbləri

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 32 074
Səs ver:
(səs: 2)
Körpələr böyüdükcə yuxu ehtiyacları azalır.
Yeni doğulan körpələr təxminən 16,5-18 saat yatar.
3 aylıq körpələr 15 saat,
9 aylıq körpələr 14 saat,
18 aylıq körpələr 13,5 saat
3 yaşında bir körpə isə 12 saat yatmaqdadır.
Yenə körpələrdə yuxu mövzusunda bilinməsi lazım olan bir məsələ də körpələrin gecə yuxusuna ehtiyacları olduğu qədər gündüz yuxusuna da ehtiyacları olduğudur. Əslində yetkin bir insanın da gündüz ən az yarım saat yatması sağlamlıq baxımından faydalıdır. Aşağıdakı qrafikdə bir körpənin aylara görə uyğunlaşmaya ehtiyacları  olan saatlar verilmişdir.
Bu müddətlərdə kiçik dəyişmələr əlbəttə ola bilər. Yəni gündəlik dəyişmələr görülə bilər. Məsələn körpədə qaz sancıları varsa, körpə xəstədirsə, bir yeri ağrıyırsa  daha az yatacaq. Bunun yanında dərman qəbul edən  körpələr bəzi dərmanların təsiri səbəbiylə normaldan çox yata bilər. Aşağıdakı cədvəli  gündəlik deyil ümumiyyətlə qiymətləndirməlisiniz. Yəni körpə ümumiyyətlə neçə saat yata bilər- buna baxılmalıdır və lap çox və ya çox az yatırsa onun vəziyyəti bir həkimə məsləhətləşməlidir.

Yeni doğulan körpənin çox yatması normaldır?
Yeni doğulan körpələrin qidalanma xaricində gün boyu yatmaları normaldır. 6-8 dəfə qidalandıqları və hər qidalanma müddətinin yarım saatı aldığını düşünülsə ,bu da 4-5 saat edər ki ,bu əslində yeni doğulan körpələrin yuxarıda da verildiyi üzrə gündə təxminən 18 saat ətrafı yatmasına gətirib çıxarır edər.
Yəni çox yatmaları normaldır. Ancaq körpə davamlı olaraq heç oyanmadan 8 saatdan çox yatsa körpəyə nəzarət etmək doğru olacaq.
Yeni doğulan körpələrdə normal yuxu müddətləri aşağıdakı kimidir:
1 həftəlik 18 saat.
1 aylıq 17 saat.
2 aylıq 16-16,5 saat.
3 aylıq 15-16 saat.
4 aylıq 15,5 saat.
5 aylıq 15 saat.
6 aylıq 14-15 saat.
9 aylıq 13-14 saat.
12 aylıq 12-14 saat.
18 aylıq 12-13 saat.
Tərcümə Etdi:NİGAR_CAVAD
(səs: 2)
Şərhlər: 0
Baxılıb: 32 074
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri