Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Uşaqlar vaxtında yatmalıdır
Uşaqlar vaxtında yatmalıdır
Göndərən: Pure Love
Şərhlər:
Baxılıb: 2745
Səs ver:
Normal uşaqlar doğumdan sonrakı həftələrdə məmə saatları xaricində davamlı yatar və oyanan uşaqlar isə yerindən tərpənərək hərəkət edə bilərlər. Uşaq  yuxuya doyduğu, acdığı, altı çirkləndiyi və canı ağrıdığında ağlar və oyanar. Bu oyanmalar bəzən böcək və ya ağcaqanad dişləmələri, üz qisiminə çox işıq gəldiyində, yüksək səsli bir mühitin olması vəziyyətində, qundaq və geyimlərinin sıxması vəziyyətində də oyana bilərlər.

Sağlam bir uşaq, qolları dirsəkdən qıvrıq və qıçları dizdən yüngül bükük olaraq kürək üstü  vəziyyətdə yatar və daha rahatlaması üçün baş şəklinin pozulmaması, uşağı bir az sağa və ya sola çevirərək yatırtmaq daha rahat bir yuxu yatmasına fayda verər.

Uşaqların yatdıqları yuxu zamanı böyüdükcə azalar, ilk günlərdə davamlı yatan uşaq üçüncü aya doğru 18 saat, bir yaşından sonra 13 saat yata bilməkdədirlər. Böyüdükcə azalan yuxu saatı böyüklərdə günün 1/3 ü olan 8 saata düşər.

Uşaqların əksəriyyəti gecə olmaq üzrə bir qisimini də gündüzləri yuxu yatarlar. Bir yaşına qədər, günortadan əvvəl və sonra olmaq üzrə gündə iki dəfə 2 saat, bir yaşından sonra da 1-2 saat hər gün günortadan sonra yatmalıdır. Bəzi uşaqlar oyunu çox sevdikləri üçün gündüz yuxusuna yatmaq istəməyə bilərlər. Ev içində və ya çölə çıxıb oyun oynaya bilərlər. Tez-tez bu tərz hərəkətlərdə olan uşaqlara gündüz yuxusunun öz sağlamlığı baxımından böyük əhəmiyyət daşıdığı izah edilsə, uşaq sizin sözünüzü dinlər və gündüzləri yatarlar.

Yatmayan, zamanından əvvəl oyanan uşaqların yatmama və oyanma səbəblərini araşdırmalı, bu səbəbləri tapıb ortadan qaldıraraq yatmaları təmin edilməlidir. Yatmamaqda müqavimət göstərən, xasiyyətsizlik göstərən, narahatlığı hissiyyatlan uşaqları həkimə göstərilməlidir.

Bir çox analar uşağı, öz yatağında, qucaqda və ya dizləri üzərində yelləyib laylay söyləyərək yatırdarlar. Uşağı yatdıqdan sonra öz yatağına yatırtmalı, ana yanında, qucaqda və ya dizləri üzərində yatırdaraq laylay ilə yatırtmağa öyrətməməlidir. Bunlara öyrəşən uşaq öz yatağında yatmaq istəməz və ana və atasının yanından ayrılmaq istəməzlər və hər vaxt yanında olmalarını istəyərlər. Uşaq müəyyən saatlarda yatıb istirahət etməlidir. Zamanında yatıb yuxusunu alan uşaqlar sağlam, iştahlı və şən olarlar.

/Mənbə: Qadınlar.biz/

Şərhlər:
Baxılıb: 2745
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz