Körpənizi bezdən qurtarın

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 5 522
Səs ver:
(səs: 1)
Körpənin bezdən xilas olması uşağın inkişaf müddətinə bağlı olaraq dəyişir.
Təzyiqdən təsirlənməyin!
Çox vaxt ata tərəfdən nənələr, xalalar ya da yaxınlar, "Mənim uşağım daha 1 yaşındaykən tualetini tək başına edə bilirdi", deyərək gənc analara fərq etmədən təzyiq göstərərlər. Halbuki bu təzyiqlərdən təsirlənən ananın, uşağa edəcəyi məcbur etmələr mənfi nəticələr yaradır. Zamanından əvvəl tualet təhsilinə başlayan uşaq bu vərdişi daha çətin qazanır.

Doğru zamanı gözləyin
Tualet təhsilinin nə vaxt başlanacağına dair bir qayda yoxdur. Doğru zamanlama, uşağın həm fiziki, həm də psixoloji olaraq hazır olmasına bağlıdır. Araşdırmalar, anası tərəfindən çox və zorla oturağa oturdulan, gecə tualetini etməsi üçün oyandırılan uşaqların ortalama 28 aylıqkən bezi buraxdıqlarını göstərir.

Uşağınızı müşahidə edin
Uşağınızın tualet təhsili üçün hazır olub olmadığını anlamanız mümkündür. Uşağınızın  gündüzləri 2 saatdan daha uzun müddət və oyandığında quru qalırsa; tualetinin gəldiyini dərhal müəyyən edirsə; çirkli bezdən narahat olub, altının dəyişdirilməsini istəyirsə; oturaq ya da tualeti istifadə etmə istəyi içindədirsə; külot geyməyi istəyirsə körpəniz tualet təhsilinə hazırdır.

Səbrli olun
Uşağın oturağı istifadə edə bilməsi, bağırsaqlarını istəkli istifadə etdiyi mənasına gəlmir. Onsuzda uşaq müəyyən bir yaşa gəlmədən oturaq və bez ayrı-seçkiliyi edə bilmir. Unutmayın ki, uşaqların bezdən xilas ola bilmək üçün sevgi, səbr və anlayışa ehtiyacları var.

Seçkini uşağınız etsin
Bəzi uşaqlar tualet təhsilinə oturaqla başlamağı seçir. Oturağın üstünlüklərindən biri, uşağın rahatca otura biləcəyi bir yüksəklikdə olması və səbəbindən düşmə təhlükəsi daşımamasıdır. Bəzi uşaqlar da, eynilə yetkinlər kimi tualeti istifadə etməyi seçim edə bilər. Bu vəziyyətdə klozet üzərinə yerləşdirilən kiçik plastik qapaqları istifadə edə bilərsiniz.

Uşağınızı çox geyindirməyin
Uşağın öz-özünə tualetə gedə bilməsi üçün geyimlərinin asan çıxarıla bilən olması lazımdır. Bağban şalvarlar, çox düyməli geyimlər və külotlu corablar onun tək başına soyunmasını çətinləşdirəcəyindən, altını islatmasına səbəb olur.

Onu anlamağa çalışın
Fiziki xüsusiyyətləri ilə yanaşı uşağınızın psixoloji olaraq da təhsilə hazır olması şərtdir. Uşağınız, tualet təhsilini özü istəməli və buna uyğunlaşma göstərməlidir. Qorxsa ya da etiraz etsə, tualet təhsili bir müddət təxirə salın. Həm də evdəki stres də tualet təhsilini mənfi təsir edir. Aşağıdakı vəziyyətlərdə, tualet təhsilini müəyyən bir müddət gecikdirin.

Müəyyən bir nizam qurun
Uşağın tualetini edə bilməsi üçün müəyyən saatlar nizamlayın. Məsələn, evdən getmədən ya da günorta yuxusundan əvvəl tualetini etməsi mövzusunda onu öyrədin. Qısa bir müddət sonra uşağınız xatırlatmanıza gərək qalmadan tualet vərdişini qazanacaq. Həm də tualetini edəcəyi mühitin səssiz olmasına diqqət yetirin.

/Mənbə: Qadınlar.biz/
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 5 522
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri