Kişilər ata
olmağa tələsmədiyi halda, qadınlar həmişə evdə qalma qorxusundan
gecikdiyini düşünürlər. Buna görə də ana olmağı arzulayırlar...
Türkiyənin
evlilik saytlarından biri övlad sahibi olmaq üçün ideal yaş sorğusunu
keçirib. Bu araşdırmada 2846 nəfər iştirak edib. Araşdırmanın
nəticələrinə görə kişilər erkən yaşda ata olmağın əleyhinədir.
Qadınların çoxu ana olmaq üçün 25-30 yaş arasının ideal olduğuna
inanır.
Fikir ayrılığı – Övlad sahibi olmaq
üçün 31-35 yaş arası kişilərin 47 faizi ata olmağı azrulayır, qadınların
isə 23 faizi ana olmağa hazır olduğunu deyib. Fikir ayrılığı 25-30 yaş
arası üçün də keçərlidir. Qadınların 52 faizi ana olmağa razı olarkən,
kişilərin ancaq 25 faizi özünü ata olmağa hazır hiss edir.
Sosial
rifah artdıqca uşaq sayı azalır – Kişilər uşaq sahibi olmaq istədiyi
zaman evlənmək istəyirlər və bu sahədə tələsmirlər. Qadınlar isə bioloji
baxımdan karyerayaların yüksəldiyi yaş həddində 25-30 yaş arasında ana
olmağa qərar verirlər. Buna görə də, deyə bilərik ki, sosial rifah
artdıqca evlənmə yaşı və övlad sahibi olma yaşı artır. Uşaq sayı isə
azalır.