Körpənizi mışıl-mışıl yatırtmaq üçün ipucları

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 17 276
Səs ver:
(səs: 6)
Hələ yeni ana-ata olmuşsunuzsa yuxusuz gecələr üçün ümidsizliyə qapılmayın. Yuxuya getməsi üçün körpənizə köməkçi olmağa çalışın. 
Ekspertlərə görə, körpənizi gecə boyunca yatırtmaq üçün bəzi ipuclarına nəzər yetirməniz lazımdır.

Nizam meydana gətirin
Yeni doğulan körpələr gün boyunca 16 saatdan çox yatarlar. Ancaq, hər iki saatda bir qarınları acıdığı üçün oyanarlar. Bu vəziyyət başlanğıcda nizamsız olmasına baxmayaraq, körpənizin sinir sistemi inkişaf etdikcə və qidalanma aralarındakı müddət uzandıqca daha tutarlı bir yuxu proqramı birdən ortaya çıxacaq. 3 aya qədər, bir çox körpə, gecələri hər səfərində ən az 5 saat yatarkən, 6 aylıq olduğunda isə gecə yuxusu aralıqsız 9 ilə 12 saata qədər çıxa bilər.

Yuxu vərdişi qazandırın
İlk bir neçə ay üçün, gecə yarısı qidalanmaları ailələrin və körpələrin yuxusunu bölür. Lakin körpənizə yaxşı bir yuxu vərdişi qazandıraraq buna köməkçi ola bilərsiniz.

Gün boyu uşağınızın hərəkət halında olmasını təmin edin
Körpəniz oyanıqkən körpənizlə danışaraq, mahnı oxuyaraq və oyun oynayaraq əyləndirilməsini təmin edin. Körpənizin yanında işıq açın və evdə səs-küy olmasına diqqət yetirin. Körpənizi öz otağında qoymayın. Gün boyunca davam edən xəbərdarlıqlar körpənizin gecə daha rahat yatmasını təmin edər.

Körpənizin mürgülədiyi zamanları müşahidə edin
Nizamlı mürgüləmələr əhəmiyyətlidir, lakin gün boyunca uzun davam edən yuxular körpənizin gecə oyaq qalmasına səbəb olar.

Tutarlı yuxu təkrarlamasını  izləyin
Duş, mahnı oxumaq, kitab oxumaq ya da sarılmaq kimi rahatlaşdırıcı üsullar təcrübə edin. Yaxında körpəniz bu üsullarla yatmağa alışacaq. Əgər körpənizi yatırdarkən musiqi oxuyacaqsınızsa, körpənizi beşiyinə qoyun və hər dəfə eyni musiqini oxuyun.

Körpənizi oyaqkən yatağına qoyun
Bu körpənizin yuxuya getmə müddətiylə yataq arasında əlaqə yaratmasına köməkçi olacaq. Körpənizi kürək üstü, başı yana gələcək şəkildə yatırdın və yatağında boğulmasına səbəb olacaq ədyal kimi yumşaq şeylər saxlamayın.

Körpənizə sakitləşməsi üçün bir az zaman ayırın
Körpəniz yuxuya getmək üçün ən rahat mövqeni tapmadan əvvəl  ağlaya bilər. Ağlaması dayanmazsa, körpənizlə sakit-sakitdanışın və kürəyini ovxalayın.

Əmzik verməyi təcrübə edə bilərsiniz
Əgər körpəniz sakitləşməkdə çətinlik çəkirsə, əmzik körpənizi əyləndirə bilər. Gerçəkdə, yuxu boyunca əmzik istifadə etmək ani körpə ölümü riskini azalda bilir. Lakin, burada gizli təhlükələr də var. Əgər körpəniz yatmaq üçün əmzik istifadə edirsə, gecə yarısı əmzik ağızından düşərkən ağlaya bilər.
Körpələr yuxusunda tez-tez yellənə bilər, qıvrana bilər və qıçlarını qarınına çəkə bilər.  Bəzən mızıldanma ya da ağlama, sakitləşmə əlaməti ola bilər. Körpənizin ac ya da narahat olmadığından əminsinizsə, bir neçə dəqiqə nə olacağını gözləyin.
Körpənizin gecə boyunca nəvazişə və qidalanmaya ehtiyacı olduğunda, az bir işıqda, yumşaq bir səs tonuyla və sakit hərəkətlərlə bunu edin. Bu şəkildə davranmanız, uşağınıza oyun deyil, yuxu zamanı olduğunu izah edər.

Körpənizi yatarkən əsla yatağınıza qoymayın.
Bu körpənizin öz özünə yuxuya getməsini çətinləşdirər və ani körpə ölümü riskini artıra bilər.
Bəzi körpələr, uzun müddət aralıqsız yata bilər, yalnız acıdığında oyanarlar. Digərləri isə təkrar yuxuya getməkdə çətinlik çəkər. Körpənizin yuxu nizamını və ünsiyyət şəklini anlamaq bir az zaman ala bilər.
Əgər körpənizin yuxu vərdişi haqqında narahatsınızsa, bir uşaq həkiminin təkliflərini dinləyə bilərsiniz. Körpənizin gecə boyunca yatması, ana-atanın qabiliyyətlərini göstərməz. Bu sizin işlərək, fərqli üsulları sınayaraq öyrənəcəyiniz sadə bir müddətdir. Hər şey yoluna girdiyində hər kəs üçün yaxşı bir gecə yuxusu olacaq.

/ Mənbə: Qadınlar.biz /
(səs: 6)
Şərhlər: 3
Baxılıb: 17 276
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri