Süddən kəsmə necə olmalı?

Müəllif: Pure Love
Şərhlər: 3
Baxılıb: 4 013
Səs ver:
(səs: 1)
- Körpəniz özbaşına əmməyi buraxmazsa yavaş - yavaş öyrəşdirərək süddən kəsə bilərsiniz.

- Hər süd payını kəsdiyinizdə bir başqa payı kəsmək üçün 3 gün gözləməlisiniz. Körpənizi birdən əmmədən uzaqlaşdırsanız xasiyyətsiz və bədbəxt olar. Qidalanmağı rədd edə bilər, xəstələnə bilər, bu səbəblə qidalanma pozğunluqları ortaya çıxa bilər.

- Əgər körpənizi qatı yeməklərə öyrəşdirdinizsə, çeynəməsini öyrəndisə, qidalanmada verilən yemək miqdarlarını artıraraq seyrək əmizdirərək məməni yavaş - yavaş unutdurmalısınız.

- Körpənizi əmizdirmə sayı azaldığından ötəri sinələrinizdə yığılan südlər bir neçə gün içərisində yox olar.

- Gündə bir dəfə əmizdirməyi atlayaraq işə başlayın. Pilləli olaraq bir pay-bir pay azaldın, körpəniz zamanla alışacaq. Qida maddəsi olaraq varsa, sağılmış ana südü, 1 yaşdan böyük isə inək südü verə bilərsiniz. Əmizdirmə müddətinizi qısaldın.

- Əmizdirmə sonrası yaşına uyğun əlavə qida verin.

Əmizdirməyi təxirə salın və marağını başqa tərəfə çəkin.

1 yaşından böyüksə, körpənizə harada və nə vaxt əmizdirəcəyinizə dair məhdudlaşdırmalar qoya bilərsiniz: Yalnız bu divanda və yuxudan əvvəl əmə bilərsən və ya yalnız hava qərardıqdan sonra əmə bilərsən kimi.

Bu dövrdə atalara böyük iş düşər. Siz ətrafda deyilkən yoldaşınızın qidalanması faydalı ola bilər. Gecə paylarının kəsilməsi hər vaxt daha çətin. Bu səbəblə gecə əmizdirməyi kəsməyi ən sona buraxın. Gecə oyandığında yoldaşınız və ya bir yaxınınız qucağına alsın və sakitləşdirməyə çalışsın.

/Mənbə: Qadınlar.biz/
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 4 013
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri