Körpələrin hansı vitaminlərə ehtiyacı var?

Müəllif: Pure Love
Şərhlər: 7
Baxılıb: 3 234
Səs ver:
(səs: 0)
Vitamin ehtiyacı olan körpələr
• Gözlənilən ağırlığın altında olan,
• Qeyri-kafi və balanssız qidalanan,
• Xroniki xəstəliyi olan uşaqların vitaminə ehtiyacı vardır.

Hansı mineral nə işə yarayar, hansı yeməklərdə olar?
Dəmir: Sürətli böyümə əsnasında qan və əzələ istehsalında dəmir təməl daşdır. Dəmir əskikliyində uşaqlar narahatlıq, depressiya, infeksiya uyğunluğu göstərər. Yetkinlik çağında dəmir əskikliyi daha diqqətə çarpan görülər. Mnestruasiya görməyə başlayan gənc qızlarda oğlanlara görə dəmir ehtiyacı daha çoxdur. Ən yaxşı qaynaqlar hind toyuğu, mal əti, qaraciyər, ispanaq, paxla və ərikdir.

Kalsium: Sağlam sümük inkişafı üçün lazımlıdır. Uşaqlıq çağında əskik alınan kalsium, sümüklərin irəlidəki yaşlarda möhkəm olmamasına səbəb olar. Süd, qatıq, pendir ən yaxşı kalsium qaynaqlarındandır. Kalsium, brokoli və ispanaqda da olar.

Hansı vitamin nə işə yarayar, hansı yeməklərdə olar?

Vitamin A: Normal böyüməyi təmin edər. Sağlam dəriyə sahib olmamıza köməkçidir. Toxuma təmiri edər. Süd, qaraciyər və sarı tərəvəzlərdə olar.

Vitamin B: Qırmızı qan hüceyrələrinin meydana gəlməsini təmin edər. Metabolik fəaliyyətlərə köməkçi olar. Ət, balıq, toyuq, süd, yumurta və taxıllarda olar.

Vitamin C: Bağ toxumasını, əzələləri və dərisni qüvvətləndirər. Sümük inkişafına və yara yaxşılaşmasına köməkçidir. İnfeksiyaya müqaviməti təmin edər. Sitrus meyvələri, çiyələk, ispanaq, brokoli və brüksel kələmində olar.

Vitamin D: Sümük meydana gəlməsini təmin edər. Kalsium emilimini və immunitet sistemini nizamlar. Əskikliyində asdım xəstəliyinin ağırlaşdığı və hücumların artdığı müəyyən olunmuşdur. Balıq yağı və yumurta sarısında olar.

/Mənbə:Qadınlar.Biz/
(səs: 0)
Şərhlər: 7
Baxılıb: 3 234
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri