Uşaqlarınız heyvanlara yaxşı davranır?

Müəllif: Pure Love
Şərhlər: 5
Baxılıb: 3 612
Səs ver:
(səs: 0)
Heyvan sevgisi necə qazandırılar?
Yaxşı, o zaman bu sual ağla gəlir, biz böyük olaraq uşaqlarımızın bunları qavraması üçün nələr edə bilərik? Problemin cavabı əslində çox sadə. Əvvəlcə öz içimizə dönəcəyik, heyvanlara baxış bucağımıza və qəbulumuza baxacağıq. 

Uşaqlarımızdan etmələrini gözlədiyimiz davranışları biz nə qədər heyvanlara tətbiq edirik? 

Sahib olduğumuz dəyərlər içində heyvanlara hörmət etmək varmı? 
Bizim onlardan daha ağıllı olmamız, heyvanları və digər canlıları bizdən daha dəyərsiz etmir. Bu məlumatı uşaqlarımıza öyrədə bilməmiz üçün əvvəl bunu bizim anlamamız və idrak etməmiz lazımdır. Ancaq o zaman uşaqlarımıza heyvanlara yaxşı davranmağı öyrədə bilərik. 

Ana ataların diqqət yetirməsi lazım olan nöqtələr
Yalnız uşaqların yanında deyil, heç bir zaman başqaları üçün "quş beyinli" kimi heyvanları hörmətdən salıcı ifadələr istifadə etməyin. 

Evinizdəki heyvanınıza ya da küçədəki heyvana şifahi ya da fiziki şiddət tətbiqi.

Evinizə yolunu çaşıb da girən canlı varlıqları öldürmək yerinə onların təbiətdəki yerlərini tapmalarına köməkçi olun. 

Uşaqlarınızla birlikdə heyvan dostu filmləri izləyin, kitablar oxuyun. Fərqliliklərimizdən çox bənzərliklərimizə adabta olunan, onların da hisslərini olduğunu izah edən filmlər izləyin. 

Evdə qidalandırdığınız bir heyvanınız varsa, onun ehtiyaclarını qarşıladığınıza əmin olun. 

Uşağınıza heyvanların öldürüldüyü, heyvanlara əziyyət edilən oyunları oynatmayın və bu cür filmləri izletmeyin. 

Uşağınızla birlikdə bir heyvan sığınacağını  ziyarət edin və heyvanların ehtiyacı olan bəzi şeyləri aparın. 

Empati etməyi öyrədin
Uşaqlar heyvanları sevərlər amma bəzən sevgi nümayişləri heyvanların canını yaxa bilər. Özlərinə necə davranılmasını istəyirlərsə, heyvanlara da elə davranmalarını öyrədin. Hətta özünə "Xalan səni sıxışdıraraq, zorla öpməyə çalışdığında necə hiss edirsən?" kimi suallar verin. 

Küçə itləri üçün uşaqlarınıza "aman yaxınlaşma, dişləyər" ifadələrindən qaçın çünki bu səfər uşaqlar heyvanları təhdid edici varlıqlarmış kimi qəbul edirlər. Onun yerinə "İtlərə Pıçıldayan Adam" olaraq bilinən Cesar Millərin dediyi kimi əhəmiyyətli üç qaydasını öyrədin. Tanımadığın bir heyvana toxunma, danışma, göz təması etmə. Çünki it sevgiylə atılan addımı özünə bir təhdid olaraq qəbul edə bilər. 

Ətrafınızda heyvan saxlayan bir yoldaşınız varsa uşağınızla onu ziyarət edib heyvanlarla ünsiyyət qərargahı öyrənməsinə köməkçi ola bilərsiniz. 

Bunu unutmayın uşağınıza heyvan aldığınız zaman bir müddət sonra sıxılıb kənara qoyacağı bir hədiyyə almalısınız, ona əsl aldığınız can dostudur. Bunun şüurunda olaraq uşağa heyvan alınması əhəmiyyətlidir. 

Əgər uşağınız heyvanlara şiddət tətbiq edirsə onların oyuncaq deyil, bir canlı olduqlarını xatırladın. Hər uşağın öyrənmə müddəti fərqlidir. Bəzi uşaqlar daha yavaş öyrənərlər.

Uşağınız hələ heyvanlara zərər verirsə, o heyvanların yanında vaxt keçirməsinə biri müddət icazə verməyin. Yenə olmursa bir müddətə sevdiyi oyuncağı ya da etməkdən xoşlandığı bir fəaliyyəti etdirməyin və səbəbini açıqlayın.

Əsla yumşaq davranıb verdiyiniz cəzanı tətbiq etməməzlik etməyin. Çünki o zaman öyrənmə reallaşmaz. 
 
/Mənbə.Qadınlar.biz/
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 3 612
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri