Yeni doğan körpələrdə dəri baxımı

Müəllif: Pure Love
Şərhlər:
Baxılıb: 2967
Paylaş:
Səs ver:
(səs: 2)
Körpədə dəri baxımı necə olmalı?

Körpənizin doğumdan sonra xarici dünyaya adaptasyonu əsnasında dərisində toksik  deyilən töküntülər meydana çıxa bilər. Bu töküntülər sızanaq tərzində, sarı- ağ uclu və qırmızı rənglidir. Körpənin bədəninin və üzünün müxtəlif yerlərində görmək mümkündür. 1 həftə - 10 gün içində keçməsi gözlənilən bu töküntülər normaldır və çox sıx olmadığı müddətcə hər hansı bir müdaxiləyə gərək yoxdur. Əgər töküntülər çoxalsa dəri mütəxəssisinə məsləhətləşməlisiniz.

Səpgi meydana gəlməsini önləmək üçün körpənizin altını mütləq hər əmizdirmə əvvəlində idarə etməlisiniz. Körpələr ana südü ilə qidalandıqlarında səpgi  daha az görülməkdədir. Ancaq altlarında uzun müddət qalan çirkli bezlər səpgi meydana gəlməsini sürətləndirər.

Əgər körpənizin yanında qızarıqlıqfərq etdinizsə, hər alt bezi dəyişməsində mütləq qoruyucu bir səpgi kremi istifadə etməniz də fayda vardır.

Qızarıqlıq irəliləyər və dəri bütünlüyü pozulsa mütləq uşaq həkiminə məsləhətləşməli və həkiminizin təklif etdiyi müalicə edici pomadları istifadə etməlisiniz.

Nəcis etdiyi zamanlarda beldən aşağısını yumanız daha uyğun olar.

Körpənizin paltarları üçün xüsusilə pambıqlı və allergik olmayan parçaları seçin. Yuyarkən yuyucu və yumşaldıcı yerinə sabun tozu istifadə etməlisiniz.

Körpənizi mühitin istiliyinə uyğun geydirin

Körpələri geydirərkən, öz geyim qatımıza bir qat daha əlavə edərək geydirməliyik.

Özümüzdən bir qat azaldırıqsa, körpəmizdən də bir qat çıxarmağı unutmamalıyıq. Kobudca biz evdə atlet tipi geyimlərlə gəzərkən, körpəni ədyala sarmamalıyıq.

İsti və quru mühitlər və külək dəridə gərilməyə və buna bağlı əks təsirə gətirib çıxarar. Ana südü almayan, əlavə qidalara keçmiş uşaqlarda gündəlik su ehtiyacının qarşılanması, dərinin təbii nəmini qorumaqda əhəmiyyətlidir.

Körpələrin dərisində, dərini günəşə qarşı qoruyan ''melanin'' adlı təbii qoruyucu strukturlar hələ meydana gəlməz. Bu səbəblə 1 yaşın altındakı körpəni doğrudan günəş işığından qorumalıyıq.

/Mənbə.Qadınlar.biz/

loading...
(səs: 2)
Şərhlər:
Baxılıb: 2967
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv