Süni süd qarışığının hazırlanması

Müəllif: Narın Yağış
Şərhlər: 6
Baxılıb: 3 850
Səs ver:
(səs: 2)
Süni süd qarışığını hazırlamaq üçün yalnız keyfiyyətli sudan (arzuolunan su – uşaqlar üçün olan xüsusi sudur, təzə olması üçün hər gün təzə butulka açılmalıdır) istifadə etmək lazımdır.
Suyu mütləq qaynadın. Uşaq suyu olmadıqda, mənzillərimizə verilən adi suyu, bulaq suyunu istifadə etmək olar. Süd qarışığını hazırlamaq üçün mineral sulardan, çaydanda uzun müddət ərzində qalan sudan istifadə etmək olmaz.
Əvvəlki süni süd qarışıqları qaynadılırdı. Müasir süni süd qarışıqları isə sadəcə olaraq suda həll etmək lazımdır.
Süd qarışığını hazırlayarkən müəyyən olunmuş dozalara tam ciddi şəkildə əməl etmək lazımdır!Süd qarışığının miqdarı artıq götürülmüş olarsa, uşaq onun üçün nəzərdə tutulmuş dozadan artıq miqdarda qida maddələri almış olacaqdır ki, bunun da nəticəsində, onda, həzm pozulmasının müxtəlif əlamətləri (həddindən artıq gəyirmə, qusma, nəcis ifrazının pozulması, qida allergiyası, bədən çəkisinin normadan artıq artması) baş verə bilər. Quru südün miqdarı normadan az götürüldükdə isə, əksinə, uşaq, ona lazım olan zülalları, yağları və karbohidratları normadan az miqdarda alacaq ki, bu da onun inkişafına mənfi təsir edəcək.

Uşağın süni şəkildə qidalandırılması üçün nəzərdə tutulan süd qarışıqlarının əksəriyyəti (hamısı yox!) bu cür hazırlanır:
1. Süd qarışığını hazırlamaqdan əvvəl əlləri sabunla yumaq lazımdır.

2. Təmiz butılkanın və əmziyin (onları uşağın qidalandırılmasından bilavasitə sonra yumaq lazımdır) üzərinə qaynar su tökməklə onları bir daha yaxalayın və ya qidalandırılmadan bilavasitə əvvəl 5 dəqiqə ərzində suda qaynadın.

3. Təzə qaynadılmış su (uzun müddət çaydanda qalan su yox!) 50-60°C-dək soyudulur (temperaturu bundan artıq etmək olmaz, çünki bu zaman südün tərkibində olan bifidobakteriyalar məhv olur, bəzi vitaminlər isə parçalanırlar).

4. Sonra suyu (onun miqdarı süd qarışığının hazırlanması üzrə olan təlimatda göstərilir) uşağın qidalandırılması üçün nəzərdə tutulan butulkaya tökərək üzərinə dəqiq şəkildə müəyyən olunmuş miqdarda (adətən, qutuya əlavə olunan ölçü qaşıqları ilə müəyyən olunur) süni süd qarışığı əlavə olunur.

5. Süni süd qaşığın kənarları ilə eyni səviyyədə olmaqla (bu, çox vacibdir!) ölçülür. Bunun üçün, ölçü qaşığına süd qarışığını yığdıqdan sonra onun səthində olan artıq miqdarı bıçağın kənarı ilə düzləndirirlər.

6. Daha sonra butulkanı bağlayaraq onu, həmcins maye alınana qədər yaxşı-yaxşı çalxalamaq lazımdır (içərisində kiçik-kiçik, tam şəkildə həll olmamış quru süd topaları qalmamalıdır – bunu yoxlamaq üçün, butulkanı işığa tutub baxmaq olar).
Sonra butulkanı çalxalamadan onu "başıaşağı” saxlayın. Bu zaman süd, ilk əvvəl, butulkanın əmziyindən nazik şırnaqla, daha sonra isə saniyədə bir damcı olmaqla axmalıdır.

7. Hazırlanan qarışığın temperaturunu yoxlamaq üçün, butulkadakı süd qarışığından, ya biləyin və ya dirsək büküşünün ön səthinə (ən hissiyyatlı sahələr) 1 neçə damcı damızdırmaq lazımdır. Südün uşaq üçün normal hesab edilən temperaturu ya bədən temperaturu, ya da ondan çox cüzi dərəcədə isti olmalıdır, yəni dəri üzərində damızdırılarkən südün istiliyi, praktik olaraq, hiss olunmamalıdır.

Süd qarışığını yedizdirilmədən bilavasitə qabaq hazırlamaq lazımdır. Uşaq üçün ehtiyat  süd qarışığının öncədən hazırlanmasının mümkün olub-olmaması istehsal qutusunun üzərində qeyd edilir.
(səs: 2)
Şərhlər: 6
Baxılıb: 3 850
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri