Qurd xəstəliklərinin müalicəsi

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 9 349
Səs ver:
(səs: 1)
Həkimlərin müşahidələrinə görə, kiçik yaşında olan uşaqların, demək olar, 100%-i parazitlərlərə yoluxur.

Böyüklər arasında da parazitar xəstəliklərə tez-tez rast gəlmək olur. Lakin böyüklərlə müqayisədə qurdlar uşaqların sağlamlığına daha ciddi zərbə vurur. Bu səbəbdən uşaqlar ildə bir neçə dəfə bu xəstəliklərə yoxlanmalı və lazım olduqda müalicə almalıdırlar.

Antihelmint ("helmint" - qurd deməkdir) preparatları həkim təyin etdiyi dozalarda təhlükəsizdir.

Həkimlərin ümumi fikirinə görə, kompleks şəklində aparılan antihelmint müalicə uşaqlara daha yaxşı təsir edir. Bu o deməkdir ki, uşağa 1 preparat yox, müəyyən fasilələrlə 2 hətta 3 preparat təyin olunur. Misal üçün, əvvəl gündə 1 dəfə olmaqla 1 gün ərzində 2,5 mqr/kq "Dekaris", sonra 3 gün fasilə, daha sonra 3 gün ərzində 50-100 mqr "Vermoks" (istifadə etdikdən əvvəl mütləq həkimlə məsləhətləşin!).

Antihelmint preparatların istifadəsi üçün, demək olar, əks-göstərişlər yoxdur. Ağır sinir sistemi xəstəlikləri, şişlər və qan xəstəlikləri olan uşaqlar istisnadır. Bu uşaqlara qurdlar əleyhinə müalicə hər uşaq üçün fərdi şəkildə və yalnız uşağın əsas xəstəliyini müalicə edən həkimlə məsləhətləşdikdən sonra təyin olunur.

Ümumdünya Səhiyyə Təşkilatı təhlükəsiz antihelmint preparatlarının siyahısını tərtib edib. Bu siyahıya levamizol, mebendazol, pirantel və albendazol daxildir. Tərkbində bu maddələr olan preparatların adları müxtəlif ola bilər. Misal üçün, "Dekaris" (levamizol), "Vermoks" (mebendazol) və s.

Parazitlər preparatlar təsirindən parçalandıqda uşaqda ishal, qarnında qısamüddətli ağrılar, hərarətin bir qədər yüksəlməsi, ağız boşluğunda xoşagəlməz hisslər və s. yanaşı təsirlər inkişaf edə bilər. Bu halda uşağa sorbent preparatları (aktivləşdirilmiş kömür, "Laktofiltrum" preparatı və s.) təyin edilir. Nəzərinizə çatdıraq ki, belə yanaşı təsirlərlə kifayyət qədər nadir hallarda üzləşmək olur.

Əgər uşaqda və ya ailənin digər üzvündə biz qurdu aşkar olunubsa, bütün ailə üzvləri müalicə olunmalıdır. Bundan əlavə evdə olan bütün səthlər yaxşı təmizlənməlidir (suya hər hansı gigiyenik vasitə əlavə etmək lazımdır), yataq ağları və bütün ailə üzvlərinin alt paltarları qaynanmalı və iki tərəfdən qaynar ütü ilə ütülənməlidir. Askaridlərin aşkar olunması belə tədbirlərin görülməsini tələb etmir.

Yuriy Kopanyev, uşaq qastroenteroloqu, həkim-konsultant, tibb elmlərin namizədi.
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 9 349
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri