Temperaturu yüksək olan uşağa sirkəli kompress edilməməlidir

Müəllif: Mr. OffiCeR
Şərhlər: 8
Baxılıb: 5 948
Səs ver:
(səs: 1)
Temperaturu yüksək olan uşaqlara edilən sirkəli kompres əslində, tempreraturu daha da yüksəldir.

Şəxsi "Medline" Antalya Xəstəxanasından Uşaq Sağlamlığı və Xəstəlikləri Mütəxəssisi Dr. Fuad Bigat, doğru bilinən bu səhvi belə açıqlayır: "Sirkəli su ya da spirt ilə edilən bu kompreslərdə o an üçün atəş düşsə də spirt damarları əvvəl genişlədib sonra daraltdığı üçün qızdırma daha da yüksələ bilir. "Uşaqlarda bədən istiliyinin 38 dərəcə olması vəziyyətində qızdırmalı olaraq qəbul edilə biləcəyini dilə gətirən F. Bigat, qızdırmalı uşağın müalicəsində edilməsi lazım olanları belə açıqlayır: "Əvvəlcə uşağın temperaturunu ölçün və təcili bir müdaxiləyə gərək olub olmadığından əmin olun.
Uşağınızın üzərindəki isti geyimləri çıxarın, nazik və geniş pijama geyindirin. Üşüsə belə üstünü örtməyin. Bol miqdarda su və sulu qidalar istehlak etməsinə diqqət edin.
Olduğu mühit çox isti və ya çox soyuq olmamalıdır. İlıq bir duş qəbul etdirin.
İlıq bezləri oynaqlarına qoyun. Həkim məsləhəti olmadan dərman verməyin.
  Təyin olunmamış verilən dərman, uşağın temperaturunun nədən yüksəlməyinin səbəbi bilinmədiyi üçün müalicə verməz, eyni zamanda zəhərlənməsinə də yol aça bilər."
(səs: 1)
Şərhlər: 8
Baxılıb: 5 948
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri