İştahasız uşağa yeməyi sevdirməyin yolları

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 6 072
Səs ver:
(səs: 5)
1. Axşam yeməyini erkən saatda yedirin: Bir çox uşaq günortadan sonra məktəbdən evə qayıdanda təxminən saat 3-ə kimi acır. Bu vaxt uşaqlar üçün ən yaxşı yemək saatı ola bilər. Axşam da yüngül yemək yeyə bilərlər. Əgər uşağınız məktəbdə günorta yeməyində çox yeyibsə, bu, doğrudur. Uşaq günorta yeməyində qarnını doydurubsa, məktəbdən gələn kimi heç nə yedizdirməyin. Axşam yeməyində daha çox acmasını gözləyin.

2. Az-az yedirin: Uşağınıza bir az yediyiniz yeməkdən və bir az da sevdiyi yeməkdən az-az yedirin. Məsələn, toyuq sevirsə bir az toyuq, bir az da tərəvəz yeməyi verin. Tərəvəz yeməyini bitirsə toyuğunu da yeyə biləcəyini söyləyin.

3. Daha kiçik boşqabda yeməyini təqdim edin: Ümumiyyətlə, qablarımıza ehtiyacımızdan çox yemək tökürük. Lakin, iştahasız uşaqlar üçün bu vəziyyət daha acınacaqlı hal alır. İştahası olmayan uşaqlara daha kiçik qablarda yeməklərini verin. Beləcə, yemək yedirərkən mübarizəni daha tez sona çatdırarsınız.

4. İlk dəfə yediyi yeməklərdə səbirli olun: Bəzən uşaqlar özlərinə təqdim edilən yeməyi sevmirlər və ya yeni bir yeməyi sınamaqdan çəkinirlər. Əgər uşağınıza yeni bir yemək verirsinizsə, az porsiyada olmasına diqqət edin.

5. Bir dəfə yemək yerinə başqa şeylər yeməsinə icazə verin: Həftədə bir dəfə yemək yerinə tort, buterbrod və ya pizza yeməsinə icazə verin. Bunun nə qədər və hansı gün olacağını özü təyin etsin.

6. Yemək yedirən zaman oyunlardan və oyuncaqlardan istifadə edin: Oyunu sevməyən uşaq yoxdur. Uşağa yemək yedizdirdiyiniz qabların rəngli və oyuncaq formasında olmasına diqqət edin. Üzərində cigzi fil  qəhrəmanlarının şəkilləri olan qablar alıb. Bundan başqa, yemək maraqlı oyunlar fikirləşin. Uşağınızla onun yaşına uyğun olaraq oyun oynamağı təcrübədən keçirin.

7. Mükafatlandırın: Yeməyi sonacan yediyi halda onu parka aparacağınızı, yelləncəyə mindirəcəyinizi söyləyin. Yaxud hədiyyə ilə mükafatlandıracağınızı söyləyin. Mükafat uşağı hətta ən sevmədiyi xörəyi belə yeməyə həvəsləndirəcək. Bundan başqa,uşağın şəxsiyyət kimi formalaşmasına kömək edir.
(səs: 5)
Şərhlər: 7
Baxılıb: 6 072
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri