Körpələr yatanda da öyrənir

Müəllif: Mr. OffiCeR
Şərhlər: 10
Baxılıb: 5 077
Səs ver:
(səs: 4)
ABŞ-ın Florida universitetinin mütəxəssisləri yeni doğulan uşaqlarla bağlı maraqlı bir ixtira ediblər. Aparılan araşdırmalar zamanı məlum olub ki, yeni doğulmuş uşaqlar hətta yatdıqları zaman da nəyisə öyrənirlər. İtaliyanın "La Stampa" qəzetində dərc olunan materialda vurğulanır ki, Florida universitetinin bu təcrübəsi yeni doğulmuş 26 körpə üzərində aparılıb. 18 saat yatan bu körpələr bilgiləri hətta yatdıqları zaman bir süngər kimi özlərinə çəkirlər. 1 - 2 günlük uşaqların yatdıqları zaman göz qapaqlarına səsli formada müəyyən miqdarda hava üfürülüb. Araşdırma zamanı 20 dəqiqə sonra 26 uşaqdan 24-nün, sadəcə, səsi eşitdikləri zaman gözlərini qıydıqları üzə çıxıb. Bu müddətdə körpələrin beyin dalğalarında da dəyişikliklərin baş verdiyi ortaya çıxıb. Alimlər müəyyənləşdiriblər ki, bu qabiliyyətlər yetkin insanlarda yoxdur. Onların qənaətincə, araşdırma zamanı əldə olunan nəticələr gec danışa bilən və digər xəstə doğulan uşaqların sağalmasında mühüm rol oynayacaq.
(səs: 4)
Şərhlər: 10
Baxılıb: 5 077
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri