Uşağın hərarətini dərmansız necə salmaq olar? - Üsullar

Müəllif: Antikvar
Şərhlər: 10
Baxılıb: 9 753
Səs ver:
(səs: 1)

Soyuq fəsillərdə uşaqlar daha tez soyuqdəymə xəstəliklərinə tutulur.

Bu xəstəliklərin əsas və valideynləri ən çox narahat edən, qorxudan simptom bədən hərarətinin yüksəlməsidir.

Bu halda valideynlər adətən uşağa müasir hərarətsalan dərmanlarından birini verir. Lakin sadə üsullar var ki, bu üsulların köməyi ilə uşağın hərarətini heç bir dərman istifadə etmədən salmaq mümkündür. Bu üsullara fiziki üsullar deyilir. Onların əsas məqsədi uşağın bədənində gedən istiliyin hazırlanması prosesini ləngitmək və əksinə, istilikvermə prosesini sürətləndirməkdir.

 

Bunun üçün nə etmək lazımdır?

Hərarəti olan uşağı ilk növbədə çarpayıda uzandırın. Uşağı yüngül geyindirin və üstünü qalın örtməyin (odeyal kifayətdir, isti yorğan yox!). Əgər siz hərarəti yüksək olan uşağı isti geyindirib üstəlik isti yorğana bükəcəksinizsə, bu, hərarətin daha da artmasına gətirib çıxardacaq.

 

Xəstə uşaq uzanan otaq isti olmamalıdır (təxminən 22 C). Otağın pəncərəsinin nəfəsliyini açın, otağın döşəməsini nəm əski ilə silin. Quru və isti hava hərarətin artmasına səbəb olacaq.

 

Adətən hərarəti olan uşaq yeməkdən imtina edir. Xəstə uşağı zorla yedizdirməyin. Bu da hərarətin daha da yüksəlməsinə səbəb olacaq. Uşağa bol ilıq (isti yox!) turş maye verin. Bu, moruq, zoğal mürəbbəsi əlavə olunmuş çay, limonlu çay, turş kompot, itburnu dəmləməsi və s. ola bilər. Zorla içizdirməyin – bu, qusmaya səbəb ola bilər. Lakin mayeni uşağa mümkün qədər tez-tez təklif edin. Bol mayenin qəbulu tərləməyə səbəb olacaq ki, tərləmənin nəticəsində hərarət enəcək.

 

Hərarət 38,5 C çatdıqda (burada sağlam uşaqlar nəzərdə tutulur, uşaqda olan bəzi xəstəliklər zamanı hərarəti 38 C-yə çatdıqda salmaq lazımdır), dərhal hərarətsalan dərmanlarına üz tutmayın. İlk növbədə uşağı soyundurun və ilıq su ilə olan (32-34 C) vannaya salın və ya ilıq suya batırılmış əski ilə uşağın bədənini silin. Bu sadə üsul əksər hallarda hərarətin aşağı düşməsinə kömək edir. Soyuq su istifadə etməyin, bu, dəri kapilyarların sıxılmasına (spazm) səbəb olacaq ki, dəridə olan hərarət enəcək, lakin bədənin daxilində olan hərarət əksinə yüksələcək.

 

Əvvəllər nənələrimiz hərarəti olan uşaqların bədənini spirt, araq və ya sirkə batırılmış su ilə silirdilər. Lakin pediatrlar bu maddələrin istifadəsini uşağın sağlamlığı üçün ziyanlı hesab edirlər.

 

Nəzərinizə çatdıraq ki, bütün sadaladığımız vasitələr yalnız uşağın dərisi çəhrayı rəngdə olduqda (biz buna "uşaq yanır" deyirik) istifadə etmək olar. Yüksək hərarəti olan uşağın dərisi soyuq, solğun və ya göyümtüldürsə, dərhal həkimə müraciət edin. Bu halda sadaladığımız üsullar kömək etməyəcək və əksinə ziyan gətirə bilər.

 

Uşağın hərarəti düşübsə, bu heç də o demək deyil ki, uşaq sağalıb. Hərarətin artmasına səbəb olan amil aradan qaldırılmalıdır. Bu baş verməzsə, müəyyən müddətdən sonra hərarət yenə qalxacaq. Mütləq uşağa nəzarət edən pediatra müraciət edin ki, həkim hərarətin yüksəlməsinin səbəbini müəyyən etsin və uşağa lazım olan müalicə təyin etsin.

 

Əgər sadaladığımız vasitələr kömək etməzsə və uşağın hərarəti yenə artacaqsa, bu halda uşağın yaşına uyğun olan dozada hərarətsalan dərman istifadə edə bilərsiniz.
(səs: 1)
Şərhlər: 10
Baxılıb: 9 753
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri