Uşaqların qidalanmasında diqqətli olun

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 3 775
Səs ver:
(səs: 1)
Evimizin yaraşığı, yaşama səbəbimiz, gözümüzün göz nuru uşaqlardır. Dünyanın ən məsum, ən xoşbəxt, ən günahsız bəndələridir onlar. Onların sağlam böyüməsi isə biz valideynlərin əlindədir. Tənbəlliyi, biganəliyi bir tərəfə atmaq zamanıdır artıq. Ekolojiyanın bu dərəcədə çirkləndiyi bir mühitdə, qidaların tərkibində baş verən ciddi dəyişikliklərin hökm sürdüyü bir zamandayıqsa, deməli daha çox diqqətli olmalı, verilən məsləhətləri dərin-dərin düşünməliyik. Bu gün mütəxəssis araşdırmalarının nəticəsi olaraq sizə bir çox qidalar haqqında məlumat verəcəm. Aşağıda adı çəkilən qidaların uşaqlar üçün nə qədər təhlükəli olduğunu nəzərə alıb bəzilərinin tam olaraq istifadəsindən, bəzilərinin də qismən istifadəsindən uzaq durun.

Qabıqlı dəniz məhsulları: Doğru şəkildə təmizlənməyən qabıqlı dəniz məhsulları bağırsaq xəstəliklərinə gətirib çıxarır.

"Paytaxt” salatı: İçində olan mayonez turşusu (sirkə və ya limon suyu) istifadə edilərək hazırlanması, qida qaynaqlı xəstəliklərə səbəb olur.

Krem pendir: Yüksək nisbətdə yağ tərkibli olduğundan bu məhsullar ürək sağlamlığına mənfi təsir edir.

Üzüm: Şəkər nisbəti yüksək bir meyvə olan üzüm, diyabet xəstələri üçün təhlükəlidir. Ancaq antioksidan baxımından zəngin bir qida olan üzümü qədərində qəbul etməkdə fayda var.

Kolbasa: İçində natrium nitrat olan kolbasalar xərçəngə səbəb olur.

Hazır şorbalar: Toz halına gətirilmiş, dəfələrlə emal olunmuş, içində çoxlu qatqı maddə olan hazır şorbalar xərçəngə səbəb olur.

Çiy yumurta: İçində tapılan zərərli salmonella mikrobu səbəbiylə xəstəliklərə və zəhərlənməyə yol açır.

Dondurulmuş qidalar: dondurulma əməliyyatları əsnasında zərərli bakteriyalar törədiyi üçün dondurulmuş qidalar mədə və bağırsaq xəstəliklərinə gətirib çıxarır.
Xəmir yeməkləri: Bu cür yeməklər həm xolesterol tarazlığını pozur, həm də yüksək kalorili olduğundan piylənməyə və ona bağlı xəstəliklərə zəmin yaradır.
 
Hamburger: Ən zərərli yağ növü olan yağlar istifadə edildiyi üçün hamburger uşaqlarda piylənməyə zəmin hazırlayır və ürək xəstəlikləri başda olmaq üzrə bir çox xəstəlik riskini ciddi nisbətdə artırır.

Şokolad: Yüksək nisbətdəki kakao, şəkər və qatqı maddələri tərkibli olduğundan şokolad qandakı xolesterol miqdarını yüksəldir. Qəbul edilən edilən miqdara diqqət etmək lazımdır.

Kartof qızartması: İçində yüksək nisbətdə olan akrilamid maddəsi səbəbiylə davamlı qəbul edildikdə damar sərtliyinə, köklüyə və xərçəngə səbəb ola bilir.

Cipsi: Mütəxəssislər cipsin, xərçəngdən piylənməyə, diyabetdən Altshaymerə (neyrodegenerativ xəstəlik) qədər bir çox xəstəliyə səbəb olduğunu söyləyirlər.

Makaron: Xəmirdən edilən makaronun çox qəbul edilməsi həm kökəldir, həm də mədə xəstəliklərinə zəmin yaradır.

Dondurma: Tərkibindəki maddələrin asan xarab olma səbəbiylə bağırsaq xəstəliklərinə gətirib çıxarır. Ancaq kalsium baxımından zəngin olduğu üçün nəzarətli şəkildə qəbul edilməsi təklif edilir.

Boyalı şəkər: İçində boya quruluşçu kimyəviləri saxlayan şəkərlər diş çürüməsi başda olmaq üzrə, piylənməyə, diyabet, ürək və damar xəstəlikləri, xərçəng, hipertoniya, iflic, xora, astma, revmatizm, xroniki yorğunluq sindromu və sümük əriməsinə səbəb olur.

Popkorn: Araşdırmalar yüksək kalori ilə zəngin olan partlamış qarğıdalının (popkorn) yüksək nisbətdə doymuş yağ tərkibli olmasını ortaya çıxarıb.

Fıstıq: görülmə nisbəti yüzdə bir olan və ölümlə nəticələnən fıstıq allergiyası səbəbiylə uşaqlara fıstıq verilməsi çox təhlükəlidir.

Tort: Çox qəbul edilməsi piylənməyə gedən yolda yaşıl işıq yandırar. Tortların içində çox miqdarda olan şəkər, yağ, un kimi maddələr eyni zamanda mədə xəstəliklərinə də səbəb olur.

Göyərtilər: İspanaq, kahı, kələm kimi bir çox tərəvəzlər yaxşı yuyulmadığında bağırsaq bakteriyalarını dəvətnamə göndərmiş olur. Bu səbəblə bu qidaların uşaqlara verilmədən əvvəl çox yaxşı yuyunması lazımdır.

Qazlı içki: Qazlı içkilər mədə və bağırsaq xəstəliklərinə səbəb olur.

Göbələk: Bu bitkinin yabanı olanları zəhərlənmələrə, hətta ölümə səbəb olur.
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 3 775
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri