Uşaqların aylıq inkişafı (7 aylıq)

Müəllif: Mr. OffiCeR
Şərhlər: 8
Baxılıb: 48 056
Səs ver:
(səs: 3)
7 aylıq körpənin inkişafı
 
Nələr edə bilər?

- İməkləməyə başlar. Bir çox iməkləmə stili var. Mütləq dörd əlli iməkləyə bilir, arxası üstə, qarın üstündə sürünə bilir və ya özünə xas stili yarada bilir.
- Özünü yuxarı çəkib ayaq üstə durmağa çalışar.
- Dəyişik gördüyü hər obyekti dadarak, yelləyərək, iyləyərək, atıb vuraraq tanımağa çalışar.
- İctimai hadisələrdə iştirak etməyə çalışar, fərd olduğunu hiss etdirmək istər.
- Sözləri və səsləri təqlid etməyə çalışır.
Dəyişikliklər

- Balans yaxşıca inkişaf edər. Əlində oyuncaqla oynayarkən belə rahatca otura bilər.
- Çox maraqlı və macəraçı olar. Araşdırmaq üçün yanınızdan ayrılar, ancaq qısa müddətdə geri dönər.
- Bütün əlini istifadə etmək yerinə barmaqlarını istifadə etməyi öyrənər.
- Düşünmə qabiliyyəti inkişaf edər. Məsələn yüksəkdə görməsə belə maraqlı obyektlərin varlığını bilir, araşdırar.
- Körpəniz sizin nələri etməsindən xoşlanmadığınızı və özü nələri etmək istəmədiyini qətiliklə bilər.
Oyunlar

- Körpənizə körpələr üçün jurnalları, şəkilli kitabları göstərin. Əlləriylə qavrayıb marağına səbəb ola biləcək kitablar alın.
- "Ce - ee" oynaya bilərsiniz. Bir örtü ilə üzünüzü bağlayıb, birdən açın, çox sevinəcəkdir . Daha sonra onun üzünü bağlayaraq, oyunu inkişaf etdirin.
- Ayna qarşısında özünü göstərib, kim olduğunu soruşun. Aynadaki imici göstərib adını söyləyin.
- Nə etdiyinizi söyləyərək onunla rəqs edin.
- Körpənizi qucaqlayın və onunla yumşaq səs tonuyla danışın, sevginizi söyləyin.
Qidalanma

- Körpənizin əlinə asan parçalanan biskvitlər, çörək qabığı verə bilərsiniz.
- Hazır meyvə suları, kolalı içkilər, şəkərli su, jeleli şirniyyatlar və ya digər ətirli məmulatlar uşağınıza uyğun qidalar deyil.
- Əmziklə qidalanırsa yatağında yatarkən əmziyin ağzında qalmamasına diqqət edin. Diş sağlamlığı üçün buna diqqət yetirin.
- Yemək zamanı əlinə bir şeylər verin, özü yeməsinə icazə verin. Qaşıq tuta bilər, stəkanını ağzına aparmağa çalışa bilər.
Qulluq

- Diş çıxarma başlaya bilər. Yüngül qızdırma, nəcisdə sulanma, yüngül narahatlıqlar ola bilər. Bunlar uzun çəksə həkiminizi xəbərdar edin. Körpənizə baxa bilməyəcək qədər məşğul olduğunuz zamanlarda onu bir neçə oyuncaqla birlikdə oyun parkına qoyun, onun üçün daha etibarlı olar.
- Araba üçün yaşına uyğun avtomobil oturacağı alın, artıq arxa kresloda üzü önə dönük olaraq kreslosunda otura bilər.
(səs: 3)
Şərhlər: 8
Baxılıb: 48 056
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri