Əmziyin xeyirli və zərərli cəhətləri

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 4 615
Səs ver:
(səs: 2)
Uşaqlarda əmzik istifadəsinin faydaları olduğu kimi, diqqət edilməsi lazım olan tərəfləri də var. Uşaqların təxminən 85%-i bir ayından əmzikdən istifadə edirlər. Ana südünü az yeyən uşaqlar əmzikdən daha tez istifadə edirlər. Əmzik körpənin təbii əmmə instiktini təmin edir və ona güvən hissi verir. Əmzikdən istifadə etdiyi zaman uşaq stresini atır, sakitləşir və daha asan yuxuya gedir. Əmzik istifadə etməyən körpə bir müddət sonra barmaq əmməyə başlayır. Bəzi ekspertlər, əmziklərin, körpənin əlləriylə bəzi bacarıqlar inkişaf etdirməsinə də kömək etdiyini irəli sürür. Əmzik ağızlarından düşdükdə onu tapmaq üçün beşik və yataqlarının ətrafını yoxlamaları və əmziyin yenidən ağızlarına almaqları buna nümunə ola bilər.
 
Əmzik istifadəsini nə vaxt dayandırılmalıdır?

Körpəlikdə çox istifadə edilən əmziyin, ən gec 2 yaşında uşaq tərəfindən buraxılması lazımdır. 2 yaşından sonra davam edən əmmə vərdişi, dişlərin yer dəyişdirməsinə və üst dişlərin önə, alt dişlərin arxaya çəkilərək aralarında boşluq meydana gəlməsinə səbəb olar. 3-4 yaşına qədər əmzik əmən uşaqlarda üz quruluşunda pozulma meydana gələ bilər.
 
Əmziklər kauçuk və silikondan ibarət iki maddədən hazırlanır. Kauçuk təbii bir maddədir, elastik isə dayanıqlıdır. Xüsusilə diş çıxardan körpələrdə kauçuk əmzik istifadə olunmalıdır. Silikon əmziklər tez xarab olmaz, ancaq diş zərbələrinə dayanıqlı deyillər.
 
Ata və anaların diqqət yetirməsi lazım olan nöqtə məqam- körpələr gərgin və əsəbi olanda əmziklə susdurmağı tək çarə olaraq görməməlidir. Ağlayan körpəni susdurmaq üçün əvvəl meriban şəkildə yaxınlaşaraq sakitləşdirmək lazımdır. Əgər uşağınız baxçaya gedirsə ona "baxçada heç kim əmzik əmmir" deyə başa salmağa çalışmalısınız. Beləcə gün keçdikcə uşağınızın əmziyə yalnız yatmaq saatlarında ehtiyacı olacaq, daha sonra isə yatanda da ehtiyacı qalmayacaq.
(səs: 2)
Şərhlər: 3
Baxılıb: 4 615
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri