Bu qidaları körpələrə yedizdirmək olmaz!

Müəllif: Mr. OffiCeR
Şərhlər: 9
Baxılıb: 5165
Paylaş:
Səs ver:
(səs: 1)
Körpəni ilk 6 ay yalnız ana südü ilə qidalandırmaq lazımdır. Yalnız 6 aydan sonra onu yeni qidalarla tanış etmək olar.
Bəzi qidalar körpələrdə allergiyaya və digər problemlərə səbəb ola bilir. Ona görə belə qidaları 1 yaşı tamam olmayan körpəyə yedizdirməməlisiniz.
 
Bal
Körpənin ağzı bir az dadlansın deyə əmziyi bala bulayan analar var. Ancaq onlar bilmirlər ki, balın tərkibində körpə üçün təhlükəli "clostridium botulinum” adı verilən bakteriya mövcuddur. Bu bakteriya körpələrdə qusma, ishal, ürək bulanma, nəfəs çatışmazlığı və hətta ölümə nəticələnən "botulizm” xəstəliyinə səbəb ola bilər.

Duz
Körpənin yediyi xörəyə əsla duz vurmayın. Duz onun böyrəklərini sıradan çıxara bilər.

İnək südü
Körpəniz inək südünün tərkibindəki zülalları həzm edə bilməz. Bu da onun bağırsaqlarında kiçik qanaxmalara səbəb ola bilər. 1 yaşı tamam olmadan inək südü içən körpələrdə qansızlıq, dəmir çatışmazlığı, inkişafdan qalma halları müşahidə edilir. İnək südü körpədə allergiya yarada bilər.

Şəkər
Eynilə duz kimi şəkər tozu da körpələr üçün zərərlidir. Körpənizin dadını bəyənmədiyi qidalara şəkər tozu əlavə edərək onları cəlbedici hala gətirmək doğru deyil. Çünki belə etdikdə körpənin sağlamlığına zərər verirsiniz. Üstəlik, onun damaq dadı formalaşma mərhələsində olduğu üçün gələcəkdə də ancaq şirin qidaları sevməsinə səbəb olursunuz. Bu da uşağın gələcəkdə sağlam həyat tərzinin qaydalarına əməl edə bilməyəcəyindən xəbər verir.
Şəkər körpənin kökəlməsinə, süd dişlərinin tez çürüyüb tökülməsinə və digər problemlərə yol aça bilər.

Yumurta ağı
Yumurta ana südündən sonra ən keyfiyyətli zülal ehtiva edən ikinci qidadır. Körpələr üçün faydalı qida hesab edilir. Ancaq bu deyilənlər, sadəcə yumurtanın sarısı üçün keçərlidir. 1 yaşı tamam olmayan körpəyə yumurtanın ağı yedizdirilməməlidir.

Tropik meyvələr
Çiyələk, banan, kivi, ananas kimi tropik meyvələr çox dadlıdırlar və körpələr onları yeməkdən imtina etməzlər. Ancaq tropik meyvələrin çoxu allergiyaya səbəb olur. Buna görə də, hər ehtimala qarşı allergiya riski olan bu qidaları 1 yaşından əvvəl körpənizin menyusuna daxil etməməlisiniz.

Şokolad və kakao
Uşaqların çox sevdiyi şokolad və kakao ehtiva edən qidalar da körpəyə 1 yaşından əvvəl verildikdə təhlükə kəsb edir. Ancaq bu körpənizin 1 yaşdan sonra istədiyi qədər şokolad və kakaolu qidalar yeyə biləcəyi mənasını vermir. Tərkibində bol miqdarda yağ və şəkər olan şokoladlar şəkər xəstəliyinə, köklüyə səbəb olmaqla yanaşı, dişlərin də düşmənidir.
Ona görə də bütün uşaqlar şokoladı ehtiyatla yeməli, menyuya həftədə bir dəfədən çox daxil etməməlidir.

Dəniz məhsulları
Dəniz məhsulları ağır metallar ehtiva edir, həmçinin allergiya yaratmaq təhlükəsi var. Odur ki, körpələrinizi dəniz məhsullarından uzaq tutun.

Çay
Körpənizi yeni qidalarla tanış edərkən qidanı udmasını asanlaşdırmaq üçün çay içirməyin. Çayın tərkibində olan müxtəlif maddələr qidaların ehtiva etdikləri vitaminləri öldürür, dəmiri yuyur.
Çay tərkibindəki kofein körpənizdə narahatlığa, yuxu problemlərinə və hiperaktivliyə səbəb ola bilər.

loading...
(səs: 1)
Şərhlər: 9
Baxılıb: 5165
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
tek umidim sen
He bunlari bilrdim..tskler
12 iyun 2015 15:47
9
Ne mutlu TÜRK'üm diyene!...
Offline
ALESSANDRA
Şkaladı men sevirem oki qaldı uşax sevmiye ve yemiye..tşk
11 iyun 2015 18:29
8
Don't trust anyone ∆
Offline
vipbetul
cox lazimli melumatdi

cox lazimli melumatdi
11 iyun 2015 13:56
7
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
ulduz
ogluma 6 ay yalniz sud vermisem..tebiki ozum bezi seylerden uzaq durmaq serti ile .indi 8 ayliqdi cay bal murebbe cox sey vermirem hem korpedi hemde ziyandi..men kesmik pure ana sudu sup bitki cayi dedski olandan.yeni suyud cobanyastigi suyu verirem..duz .seker ,yagli uzaq dururam hec vermemsemde
10 iyun 2015 21:18
6
Qadının ən böyük vəzifəsi analıqdır :50:
Offline
Catwoman666
valideynler bu movzuda diqqetli olsa yaxsi olar
10 iyun 2015 20:51
5
Viking
Offline
Dosta_inam
Teşekkür melumat üçün,artiq iki uşaq anasi olduğuma göre bezi şeyleri bilirem,bu deyilenleri mende vermemişem ancaq meyveleri artiq 6-7-aylarinda verirdim ezib tyorkadan keçirib çox şükür allergiya filan olmayib.
10 iyun 2015 19:09
4
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
Offline
BARBI
Korpelere bu qidalar allergik tesirler gosterir. Her zaman valideyn usagin yediklerine ehtiyat etmelidir.
10 iyun 2015 19:06
3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Offline
Fialka
Faydalı məlumatlardır ancaq bananı uşaqlara 1 yaşdan deyil 4 - 5 ayından verənlərdə var )
10 iyun 2015 19:06
2
Offline
Tomris Müslümova
melumatlim var idi xususende balin ziyan oldugunu bilirdim tesekkurler)
10 iyun 2015 19:05
1
Mənim olan bu heart səni çox sevir!!!

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri