Uşaq bezləri ziyanlıdırmı?

Müəllif: ulduz
Şərhlər: 8
Baxılıb: 3 601
Səs ver:
(səs: 2)
10 il əvvəl ölkəmizə gündəlik "uşaq bezləri" adlanan möcüzə gəldi. Anaların təzəcə paltar yumaqdan canları qurtarmışdı ki, birdəfəlik bezlərin ziyanı haqqında xəbərlər yayıldı.
Birdəfəlik bezlər 3 qatdan ibarətdir: birinci - uşağın dərisini nəmdən qoruyan materialdan olan daxili qatdır, ikinci - sidiyi kütlə halına çevirən sellüloz və geldən ibarət iç qatdır, üçüncü isə nəmi uşağın paltarına sızmağa qoymayan qoruyucu qatdır. Quru bezin çəkisi 50 qramdır.
Alimlərin elmi araşdırmalarından məlum olub ki, bezin daxili mikroiqlimi uşaq dərisi üçün zərərli deyil. Analar bilirlər ki, sidik və nəcisə toxunan uşaq dərisi tez zədələnir: qızartı və dermatit (dəri iltihabı) əmələ gəlir. Bezlərdən istifadə dermatitin əmələ gəlməsinin qarşısını alır.

Yalnız gigiyenik sertifikatı olan keyfiyyətli bezlər alın! Keyfiyyətsiz bezlər dəri zədələnməsinə - dermatitə səbəb olacaq. Həmçinin qənaət etmək məqsədilə uşağı eyni bezdə uzun zaman saxlasanız, yenə də dermatit əmələ gələ bilər. Amma bəzi uşaqlarda keyfiyyətli bezlərdən istifadə edildikdə belə dermatit müşahidə olunur. Uşağın dərisi bezin hazırlandığı materiala reaksiya verir. Bu zaman bezlərdən istifadə qadağandır. Xoşbəxtlikdən belə uşaqların sayı çox azdır.

Körpə dərisi çox incədir. Normalda uşaq dərisi ikitərəfli baryer rolunu oynayır: daxildən nəmi və zülalı saxlayır, xaricdən isə mexaniki və bakterioloji təsirlərdən qoruyur. Dəridə ümumi nəmin 17%-i qorunur. Dəri qorunmasa, incə qatı zədələnəcək və orqanizmi fiziki təsirlərdən qorumayacaq. Dəri örtüyünün formalaşması 2-3 yaşında tamamlanır. Ona görə bu vaxt ərzində dəri xüsusi qulluq tələb edir.

Birdəfəlik bezlərdən düzgün istifadə qaydaları
Uşağa uyğun gələn ölçüdə bez almalı.
Bezləri hər 3-4 saatdanbir dəyişməli.
Uşağı bütün gün eyni bezdə saxlamamalı.
Yalnız keyfiyyətli bezlərdən istifadə etməli.
Gündə bir neçə saat uşağın yumşaq yerini havaya verməli.
 
Bəzən yumşaq yerə krem vurmalı.
Uşağı hər gün çimdirməli və ya yumalı.

Birdəfəlik bezlər oğlan uşaqlarının cinsiyyət orqanına mənfi təsir göstərir?
Belə fikirlər çox səslənsə də, faktlarla sübuta yetirilməyib. Prinsipcə kişilər arasında sonsuzluq statistikası artır. Amma bu sonsuzluq halları birdəfəlik bezlərdə deyil, məhz adi tənzif bezlərdə böyüyən kişilərə aid edilir. Birdəfəlik bezlərə qarşı səslənən daha bir irad uşaqların güvəcə (rus dilində - qorşok) gec alışmasıdır. Əslində, bu, bezlərlə əlaqədar deyil. Düzdür, paltarının yaş olduğunu hiss etməyən uşaqda lazımi refleks sönür - o, sidiyə getmək istədiyi siqnalını verə bilmir. Amma bu o demək deyil ki, uşaq özünü idarə edə bilmir. Sadəcə, uşaq güvəcə normal vaxtından 2-3 ay gec öyrəşir. Əgər bu, valideynləri narazı salırsa, onda uşaqlara birdəfəlik bezləri yalnız axşamlar geyindirmək məsləhət görülür. Yəni gündüz vaxtı uşağı güvəcə alışdırmaq olar. Axşam isə uşaq rahat yatmalıdır. Bəzi valideynlər narahatdırlar ki, bezlər bağırsaq keçməməzliyinə və ümumilikdə həzm etməyə pis təsir göstərir. Bu da doğru deyil. Heç bir daxili orqan bezlərdən əziyyət çəkmir. Onu da qeyd edək ki, Amerika və Qərbi Avropada birdəfəlik bezlərdən 30-35 ildir ki, istifadə edirlər və heç bir zərərini görməyiblər.
 
Bələk dermatiti
İlk dəfə bu xəstəliyin adı eramızın 117-ci ilində çəkilib. O zamanlar uşaqları sidikdə, duzlu məhlulda, pivə qarışığında çimdirirdilər. Ötən əsrin 80-ci illərində bu xəstəliyin səbəbləri aşkarlandı. Bələk dermatitinin uşaq dərisinin sidiklə kontaktı zamanı nəmliliyin artmasından yarandığı müəyyənləşir. Bu yolla dəri yad maddələrə qarşı həssas olur və aktiv bakteriya çoxalması başlayır. Eyni zamanda nəcis fermentləri də dərini qıcıqlandırır. Dərinin müdafiə funksiyası zəiflədiyindən o, infeksiyalar üçün baryer rolunu oynaya bilmir. Və beləliklə dermatit davam edir.
(səs: 2)
Şərhlər: 8
Baxılıb: 3 601
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri