Körpələrimizi güvəcə necə öyrədək?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 4 112
Səs ver:
(səs: 0)
Körpə dünyaya gəlir. Öncə körpənin nəcis və sidik ifraz etmə istəyini bilmədiyimiz üçün xüsusi bezlərdən istifadə edirik. Bu təbiidir. Lakin uşaqlar böyüdükcə bəzi proseslər dəyişdiyi kimi artıq bezdən istifadə etmə ehtiyacı da dəyişir və körpələrimizi güvəcə öyrətmə zamanı yetişir. Bunun üçün biz analar nə etməliyik? Körpələrimizi güvəcə necə öyrətməliyik? Bunun üçün pediatrların bəzi məsləhətləri ilə tanış olaq.

1. Uşaqların gün ərzində tez-tez bezlərini dəyişirik. Uşaqların 18-20 aya qədər bezlərini islatmamalarını nəzarət altına almaq mümkün deyil. Bunu onlardan da tələb etmək düzgün deyil. Onları güvəcə öyrətmək o zaman mümkün olur ki, uşaqlar ən az 1-2 saat quru qalır və ya yuxudan bezini islatmadan oyanır. Bu artıq uşaqların altını islatmasının nəzarət altına almasından xəbər verir.  

2. Uşağın sidiyə getmə və ya nəcis ifraz etmə istəyi vardırsa, hansısa tipik hərəkətlar etməyə başlayır. Məsələn: O, dizlərini yummağa başlayır, küncə çəkilir, ya da oturur. Bu o deməkdir ki, uşaq artıq öz orqanizminin funksiyalarını dərk edir, deməli, güvəcin köməyi ilə öz ehtiyaclarını ödəməyə hazırdır.

3. Uşaqlara hər dəfə biz bəzi sözlərlə (nəcis-ə-ə, sidik-çiş) başa salmağa çalışırıq bu prosesi və uşaqlar bu sözləri öyrəndikdən sonra müəyyən hərəkətlərlə və bu sözləri təkrarlamaqla öz istəklərini daha asanlıqla bildirə bilirlər.

4. Uşağın nəcisi əsasən müntəzəm vaxtlarda olur. Əsasən səhərlər yuxudan oyandıqdan və ya qidalandıqdan sonra bir ritm halı alır. Analar bu ritmi asanlıqla mənimsəməli və hər gün eyni vaxtda körpəni güvəcdə oturtmalıdır və beləliklə, körpə nəcisi gəldiyi zaman güvəci işarə etməyə başlayacaq.  

5. Müəyyən bir məqamda uşaqlar artıq öz bezlərini və ya yataq dəstlərini sevməməyə başlayırlar. Bu anı qaçırmayın və güvəcə öyrətmənin ən ideal zamanı olduğunu unutmayın.

6. Əgər uşaq alt paltarını çıxartmağı bacarmırsa, onu güvəcə öyrətmək çətin olacaq. Öncə körpələrinizə paltarını cəld çıxartmağı öyrədin. Sonra isə güvəcə öyrətmək asan olacaq. Onlar nəcis və ya sidik ifraz etmə hiss etdikdə güvəcə tərəf gedib, paltarını çıxarıb, əyləşməyə çalışacaqlar və bu zaman siz onlara öz köməyinizi göstərə bilərsiniz.

7. Bəzən uşaqlar güvəcdə oturmağı sevmir və tez bir zamanda oradan uzaqlaşmağa çalışırlar. Bu zaman siz onun ən çox sevdiyi oyuncaqlardan istifadə edə bilərsiniz. Belə ki, sevdiyi oyuncaqları da güvəcin ətrafına toplayaraq güvəcdə oturmağı onun üçün daha əyləncəli bir hala gətirməlisiniz. Körpəniz, beləliklə, güvəcdə oturmağı sevəcək və vərdiş edəcək.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 4 112
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri