Uşaqlarda sistid xəstəliyi

Müəllif: ulduz
Şərhlər: 3
Baxılıb: 4 618
Səs ver:
(səs: 0)
Sistit - sidik kisəsinin iltihab prosesidir. Bu, uşaqlar arasında kifayət qədər geniş yayılmış xəstəlik olsa da, təəssüflər olsun ki, əksər hallarda "adi zökəm kimi” valideynlər tərəfindən vaxtında diqqət yetirilməyən hallardan biridir.

Buna isə qəti şəkildə yol vermək olmaz!

Çünki vaxtında müalicə olunmamış sistit həm xroniki sistitə, həm də ağırlaşaraq böyrəklərin iltihab prosesinə - pielonefritə (əvvəlcə kəskin, daha sonra isə xroniki) keçə bilər.

Əksər hallarda sistit uretritdən (sidik kanalının iltihabı) başlayaraq inkişaf edir. Anatomik quruluşla bağlı olaraq sistit qızlarda oğlanlara nisbətən daha çox rast gəlinir. Buna səbəb isə qızlarda sidik kanalının uzunluğunun oglanlara nisbətən xeyli qısa olmasıdır. Ona görə də qızlarda sidik kanalında başlayan hər hansı bir iltihab prosesi daha tez bir zamanda sidik kisəsinə yayıla bilir. Qız uşaqları olan valideynlər bunu yaddan çıxarmamalıdırlar!

Sistit zamanı uşaqda tez-tez sidiyəgetmə çağırışı, sidik ifrazı zamanı kəskin ağrı, göynəmə hissiyyatı, həmçinin qarnın aşağı hissəsində agrı, bulanıq rəngli, kəskin, xoşagəlməz iyli sidik ifrazı əlamətləri də olur.

Sistitin inkişaf etməsi bir neçə səbəbdən ola bilər. Onlardan biri, sadə gigiyena normalarına riayət olunmamasıdır. Uşaqların sidik cinsiyyət üzvlərini hər səhər - yuxudan qalxarkən və axşam - yatmamışdan qabaq, eləcə də hər defekasiya (nəcis ifraz edilməsi) aktından sonra (anus ətrafını) yumaq lazımdır.

Hər yuyunmada sabundan (yalnız çimizdirərkən vacibdir) istifadə etmək vacib deyil. Tez-tez sabunla yuyulma qız uşaqlarında uşaqlıq yolunun normal mikroflorasının tələf olmasına, xəstəlik törədici mikrobların isə tez bir zamanda inkişaf etməsinə səbəb olur. Xəstəlik törədici mikroblar isə usaqlıq yolundan ona çox yaxın olan sidik kanalının xarici dəliyi vasitəsilə asanlıqla sidik kisəsinə keçir.

Sistitin inkişaf etməsinin digər səbəbləri - göbələk xəstəlikləri, bağırsaq disbakteriozu və s. də ola bilər.

Çöx zaman valideynlər səhv olaraq sistitin əsasən soyuqdəymə səbəbindən baş verdiyini düşünürlər. Lakin bu heç də belə deyildir. Sistitin inkişafında soyuqdəymənin rolu yalnız orqanizmin immunitetini zəiflədərək zərərli mikrobların inkişafı üçün "yaxşı” şərait yaratmasından ibarət ola bilər.

Uşaqda sistitin ilk əlamətləri aşkar edilən kimi, onu həkimə göstərmək lazımdır. Xəstəliyin müalicəsi əsasən antibiotiklərlə aparılır. Müalicə prosesində qızdırıcı vasitələrdən istifadə edilməsi də (uşağın qarnını yun şala bürümək, budlarının arasına isti su doldurulmuş plastik qab qoymaq, qarın nahiyəsinə tavada qızdırılaraq əsgi torbaya yığılmış duz qoymaq və s.) uşağın vəziyyətini yüngülləşdirir.

Sidik kisəsinin yuyulması məqsədilə uşağa çöxlu miqdarda ilıq maye içizdirmək də məsləhət görülür. Bu zaman həmçinin müəyyən pəhrizə əməl edilməsi də vacib hesab edilir. Bu məqsədlə duza qoyulmuş müxtəlif tərəvəzlər (pomidor, xiyar, bibər, istiot və s.), hisə verilmiş qida məhsulları, eləcə də ketçup, mayonez kimi souslar və s. qida rasionundan çıxarılmalıdır.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 4 618
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri