Uşaqlarda autizmin 9 erkən əlamətləri

Müəllif: aliceWOnDer
Şərhlər: 2
Baxılıb: 3274
Səs ver:
(səs: 1)
Autistlərdə xarici dünyanın qavramanılması və kommunikasiya pozuntuları qeyd olunur. Valideynlər erkən yaşlarından bu patologiyanı ehtimal etmək üçün diqqətli olmalı və uşaqlarının inkişafını yaxından izləməlidirlər.

Gün ərzində insan beyni analizatorlar vasitəsiylə ətraf mühitlə ünsiyətdədir. Autist uşaqlar ətraf mühitdən alan informasiyaya başqa cür reaksiya verir, öz "kicik dünyalarına” qapanmış olurlar.

Necə aşkara çıxartmaq və nəyə diqqət yetirmək lazımdır?

Bu patologiyanın ilk əlamətlərini hətta ilk aylardan görmək mümkündür:
1. Uşaq çox çətinliklə ananın əllərinə və qucağına alışır, daim gərgindir, hətta qidalanma zamanı rahat bir vəziyyət tapa bilmir. Və ya tam əksinə- körpə çox süstdür.
2. Autik uşaqlar baxışlarını anaya yönəltmir və ya gözlərini dərhal ayırırlar.
3. Yaxınlaşan anaya bu cür uşaqlar əllərini uzatmırlar.
4. Sağlam uşaq üç ayında ətrafdakı əhvala cavab verir, gülür. Autist uşaq ətrafa heç bir reaksiya vermir, ya da reaksiyası adekvat olmur.
5. Bütün uşaqlar, əsasən beş yaşına qədər analarına çox bağlıdırlar. Autik uşaqlarda bu bağlılıq ya çox güclüdür, ya da bu cür uşaqlar tam laqeyiddirlər.
6. Bir yaşlı uşaqlar normal inkişaf zamanı sözləri tələffüz edə bilirlər. Autizm zamanı uşaq ya heç danışa bilmir, ya da danışığı monotondur, aid etmək olmayandır,”rəngsizdir”.
7. Autistlər xırdalıqlara çox fikir verir- rejimində , mövqeyində çalışır eyni olsun: oyuncaqlar, əşyalar, hərəkətlər. Məhz bununla onların nitqində olan monotonluq izah olunur.
8. Autist uşaqlarda əqli inkişafın geriliyi müşahidə oluna bilər, və ya əqli qabiliyyətin güclənməsi. Bəzən belə uşaqlar alim kimi danışırlar, lakin adi söhbətdə çətinlik çəkillər.
9. Belə uşaqlar adətən onlara toxunuşu sevmirlər.

İcmal olaraq:
• Nitqin pozulması
• Insanlarla emosional əlaqənin olmaması
• Sosiallaşmada problemlər
• Təcavüz (aqressiv) tutmalar
• Oyuncaqlara zəif maraq
• Dəyişiklik qorxusu
• Davranışın monotonluğu

Lakin uşağa bu diaqnozu qoymaq üçün ən azı üç əlamətlər geyd olunmalıdı. Körpə uşaqlara diqqətli nəzarət zamanı bir-iki əlamətlər qeyd eləmək olar.

Lakin bu əlamətlər müvəqqəti xarakter daşıya bilər ( onlara simptomlar kimi baxmaq olmaz). Həmçinin onlar fərqləndirici xüsusiyyət kimi qiymətləndirilə bilər və uşağın gələcək inkişafında heç bir rol oynamaya bilər.
 
Nə etmək və kimə müraciət etmək?
Bir neçə əlamətlər aşkar etdildiyi halda və sözü gedən əlamətlərin inkişafı zaman valideynlər dərhal mütəxəssisə-psixiator və nevroloqa müraciət etməlidirlər.
(səs: 1)
Şərhlər: 2
Baxılıb: 3274
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Şərh sayı: 72556
Xəbər sayı: 1
Qeydiyyat: 7.04.2012
vipbetul
Allah uzaq elesin butun korpeleri qorusun insallah
8 sentyabr 2015 13:53
2
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Şərh sayı: 80411
Xəbər sayı: 30
Qeydiyyat: 5.03.2012
BARBI
Allah gostermedin. Agir xesteliklerdendir. Ona gore usaqlari mutleq hekim muayinesinnen kecirmek lazimdir
7 sentyabr 2015 23:35
1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri