Yeni doğulmuş körpənin görmə qabiliyyəti nə vaxt inkişaf edir?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 6 284
Səs ver:
(səs: 1)
Mənim körpəmin 3 yaşı var. Körpənin görmə qabiliyyəti necə inkişaf edir? Onlar hansı mərhələdə işığı və qaranlığı seçə bilir? Hansı mərhələdə obyektləri seçə bilir?
"Körpəniz indi bir çox şeyi görür! O, doğulmamışdan qabaq işığın hansı tərəfdən gəldiyini seçə bilirdi və sizin bətninizdə özünü həmin tərəfə çevirirdi. Doğuşdan dərhal sonra o, sizin üzünüzü görə bilirdi, indi isə sizin otaqda hara getdiyinizi izləyə bilir. O, sizi tanıyır və ilk dəfə sizi gördükdə bacardığı ən yaxşı şəkildə səs çıxaracaq və hərəkətlər edəcəkdir. Qəmgin və ya kefsiz olduğunuz zaman üz ifadələrinizi seçəcəkdir. O, əllərini və onların həyatı maraqlı hala çevirmək üçün nələrə qadir olduğunu kəşf etdikcə dərinlik və məsafə haqqında hər keçən gün daha çox şey öyrənir. O, əli çatan əşyaları tutmağa çalışacaq, lakin bu yaşda alınmayacaqdır. Əlləri və ayaqlarını birlikdə işlətmək üçün daha çox təcrübəyə ehtiyacı var. O, əşyaları tərpətmək üçün  çox səy göstərəcəkdir, məsələn, ayağına ip dolaşdıqda və ona mane olduqda, ayaqları ilə onu itələyəcəkdir. Görmək körpənin öz dünyası haqqında öyrənməsi üçün ən yaxşı yollardan biridir. Körpənizin görmə qabiliyyəti haqqında sualınız olarsa, həkiminizə müraciət edərək körpənizi yoxlatdırın. Əgər heç bir problem yoxdursa, onun əyani kəşflərindən həzz alın! "
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 6 284
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri