Körpələrdə pişməcə necə keçər?

Müəllif: arzum-aysum
Şərhlər:
Baxılıb: 2066
Paylaş:
Səs ver:
(səs: 3)
Pişməcə bir çox adamı narahat edən bir vəziyyətdir. Xüsusilə körpələrdə görülən pişməcələr həm körpəni, həm də ana və atanı narahat edir. Bişən körpə canı yandığı üçün narahat və kefsiz olar .

Pişməcənin səbəbləri tam olaraq bilinməsə də körpə bezlərindən çox, bezdə olan sidik və nəcisin pişməcəyə səbəb olduğu irəli sürülməkdədir. Əsas səbəbləri kimi aşağıdakılar göstərilməkdədir:
*Nəm.
*Bakteriya infeksiyası.
*Cansida albicans yəni göbələk infeksiyası.
*Amonyak.
*Sidik ya da nəcisin pHi.

KÖRPƏLƏRDƏ PİŞMƏCƏNİN ƏLAMƏTLƏRİ NƏLƏRDİR?
Pişməcə dörd fərqli kliniki görünüşü olan bir narahatlıqdır. Pişməcənin ən böyük əlaməti yarandığı bölgədə qızartının olmasıdır.

Pişməcənin görüldüyü bölgələr;
Ombanın üst hissəsində
Qarının alt bölgəsində
Omba dərisində
Ombanın üst hissəsində, qarının alt bölgəsində və omba dərisindəki qızartı əsnasında ağımtıl bir mayenin sızmasıyla sızdığı dəri bölgəsində soyulma bəzən qabarıqlıq görülər. Bu mərhələdə Candida infeksiyası müəyyən ola bilər.

KÖRPƏLƏRDƏ PİŞMƏCƏ NECƏ KEÇƏR?
Əvvəlcə körpənizdə gördüyünüz narahatlığın pişməcə olub olmadığına qəti bir şəkildə əmin olmanız lazımdır. Əlamətlərinə baxıb dərhal qərar verilməməlidir. Çünki bəzi xəstəliklərin əlamətləriləri də pişməcə ilə ortaqlıq göstərə bilər. Məsələn; yağlı dəri iltihabının əlamətləri pişməcə ilə az qala eynidir. Yaxşı körpənizin pişməcə olduğunu anladığınızda körpənizi rahatlaşdırmaq və pişməcənin keçməsini təmin etmək üçün nələr etməliyik? Bu sualın cavabını aşağıda tapacaqsınız.
**Körpənin olduğu mühitin istiliyi normaldırsa, körpənin beldən aşağısını çılpaq buraxın.
**Körpə altını batırar batırmaz dərhal dəyişdirilməlidir. Xüsusilə yaz aylarında bu vəziyyətə çox diqqət yetirməlisiniz.
**Pişməcənin meydana gəldiyi ya da meydana gələcəyini təxmin etdiyiniz bölgəni su və köpürməyən dezenfeksiya edici bir sabunla yaxşıca yuyun. Yaxşıca durulayıp ,qurulayın.
**Körpənin altına tez-tez nəzarət edin, bezini tez tez dəyişdirin.
**İstifadə edilən bez körpənin boyuna və kilosuna görə olmalıdır.
**Əgər körpə pişməcə olmuşsa bezi boş bağlayın.
**Yaranan pişməcə etdiyiniz müdaxilələrə baxmayaraq hələ də keçmədisə mütləq bir həkimə aparın. Pişməcə bölgəsinə infeksiya düşmüş ola bilər.
qeyd: Körpənin pişməcə bölgəsinə qətiliklə talk pudra sürməyin. Pudra körpənizin dərisinə zərər verər. Pişməcə kremi istifadə edə bilərsiniz.

loading...
(səs: 3)
Şərhlər:
Baxılıb: 2066
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv