Uşağı rahat çimizdirmək yolları

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 3 500
Səs ver:
(səs: 1)
Körpələrinizi çimizdirmək sizə çətin görünə bilər və bu sizi yora bilər. Körpələrin başından aşağı anidən tökülən sudan qorxması və ağlaması əslində olduqca normaldır. Bu yazıdan əldə edəcəyiniz maraqlı məlumatlardan istifadə edərək, çimmək saatınızın daha sakit keçməsini təmin edə bilərsiniz.

Fikrini dağıdın.
Körpəniz (çimmək dən çox xoşlanmırsa) və ya (hamamda olmaqdan çox xoslanmirsa), onun fikrini dağıtmağı sınaqdan keçirin Körpənizi yuyarkən onunla danışın və ya ona nəğmə söyləyin. Əlini tutmağa ya da bir oyuncaqla oynamasına cəhd edə bilərsiniz.

Əlinizin altında bir məhraba (dəsmal) olsun.
Körpəniz sudan yorulanda alnını və üzünü bu dəsmalla qurulayın, ən azından biraz bu rahatlanmasına kömək ola bilər. Quruluq hissi onu rahatladacaq.

Daha az şampun istifadə edin.
Şampundan bacardıqca az istifadə edin. Körpələrin çox sampuna ehtiyacı yoxdur. Çünki onlar bizim qədər çirklənmirlər. Daha az şampun, daha az durulanmaq və daha tez çimmək deməkdir. Körpəniz beləcə ozunu daha rahat hiss edəcək.

Düzgün mimikalardan istifadə edin.
Körpəniz hər şeyi diqqətlə izləyir və təkrarlayır. Misal üçün, uşağın boynunu yumalısınız və basını yuxarı qaldırmır, onda, əvvələc siz başını arxaya ataraq onu təkrarlamağa sövq etməlisiz. Ya da tavana baxması üçün diqqətini çəkəcək bir şeylər edə bilərsiniz.

Yeganə Quliyeva

(səs: 1)
Şərhlər: 6
Baxılıb: 3 500
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri