Körpənin bezini necə dəyişək?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 2 688
Səs ver:
(səs: 3)
Doğum evindən çıxma zamanı gəldikdə, "körpəmlə təkbaşına qalacam" deyən gənc ananı narahatlıq bürüyür.Əl-əxsus da əgər ailədə ilk uşaqdırsa, gündəlik adi prossedurlar da az sual doğurmur. Narahat olmağa dəyməz, çünki sizin əhvalınız körpəyə keçə bilər. Ona görə də analıq instiktinizə etibar edərək. Heç nədən qorxmayın.

Əvvəlcədən lazım olan hər bir şeyi yanınızda hazır saxlayın.

Körpəni bələk stoluna və ya istənilən horizontal müstəviyə (bu adi ev stolunuz da ola bilər) uzadın.

Əynindəki bezi açın, bir əlinizlə körpənin ayağından tutub qaldırın, eyni zamanda digər əlinizlə bezi çıxardın.

Dəriaçılmanın qarşısını almaq üçün, hər dəfə körpənin bezini dəyişdirərkən, yan hissəsində olan qatları yaxşıca təmizləmək lazımdır. Çünki, məhz bu qatlarda dəri tərləmə prossesi gedir ki, bunun nəticəsində orada bakteriyalar əmələ gəlir.

Körpəninzin dərisinin bez olan hissəsini təmiz su ilə yuyun, lazım gəldikdə təmizləyici duru məhlullardan, köpük-şampundan istifadə edin. Bu dərini ehtiyyatla təmizləyir, dərinin qoruma funksiyasıni daşıyır. Yadda saxlayın ki, körpə qızları yuyarkən qabaqdan-arxaya hərəkətiylə yuyun, çünki bu zaman nəcisin və digər infeksiyaların cinsi orqana düşmə ehtimalı azalır.

Poliklinikada, yolda və ya qonaq getdikdə, körpələr üçün satılan xüsusi nəm salfetlərdən istifadə etmək olar. Onlar dərini çox gözəl təmizləyir və qoruyur.

Təmiz bez götürün, körpənin altına qoyun. İncə, sığallayıcı hərəkətlə bez altından vurulan mazı dəriyə çəkin. Bu maz dəri açılmalarının qarşısını alır, nəcis və sidiyə qarşı qoruma baryeri yaradır. Körpənizin ayaqlarını aşağı salın və bezi bağlayın. Çox istifadəli yapışqanlar rahat olar ki, onlar bezi dəfələrlə açıb-bağlamağa yardım edir.

Dəri açılmasının profilaktikası
Körpə dərisinin təmizlənməsindən başqa, bez dəyişdirərkən ona hava vannaları da qəbul etdirmək lazımdır.

Hər bir körpə temperatur dəyişməsinə müxtəlif reaksiya verdiyindən, bu prosseduru daima etmək lazımdır.

İlk növbədə onu açıq vəziyyətdə 2-3 dəqiqə saxlayin. Bu zaman körpənizi qarnı üstə də çevirə bilərsiniz. Hava vannalarını gündə 3-4 dəfə etmək məsləhətdir.Yavaş-yavaş bu prossesin müddətini 15-20 dəqiqəyə qədər artırmaq lazımdır. Bu zaman ərzində isə siz körpənizə masaj edərək, ona vaxt ayıra bilərsiniz.

Ləman Soltanova
(səs: 3)
Şərhlər: 6
Baxılıb: 2 688
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri