Yeni doğulmuş körpənin baxımı

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 3 977
Səs ver:
(səs: 0)
Uşaqlığın erkən vaxtlarından üzə lazımi qayğı vacibdir. İlk günlərindən  etibarən valideynlər körpənin gözlərinin, qulaqlarının, burnunun və dodaqlarının  düzgün gigiyenik qulluğunu həyata keçirməlidirlər.  Bizim məsləhətlər yeni doğulmuşa qulluq etməyə kömək edəcək.

Körpənin gigiyenası: hərtərəfli qulluq
Səhər tualeti – körpənin gündəlik vacib atributudur. Ilk 2 ayda körpənin üzünü gündə iki dəfədən az olmamaq şərti ilə qaynamış suyla yuyurlar. 4-5 aylıq körpələrin üzünü otaq temperaturundakı kran suyu ilə yuya bilərsiniz. Sabundan istifadə etməyin - əks halda körpənizin nazik və çox zərif dərisi quruya bilər. Buna görə də təbii tərkibli uşaq şampunlarından istifadə edin. Əgər övladınızın bədəni yağ götürmürsə, onu prisipkalayın ya da adi kartof nişastası istifadə edə bilərsiniz. Unutmayın ki, nişasta yalnız quru dəriyə vurula bilər. Ancaq belə bir səpgi allergiyanın nəticəsi ola bilər. Əgər körpə ana südü ilə qidalanırsa, ana dərhal nə yediyini xatırlayıb, nəyin səpməyə səbəb ola biləcəyini bilməlidir.

Körpənin gigiyenası: gözlər
Körpələrin gözlərinin tez-tez niyə yaşardığı haqqında heç düşünmüsünüz? Göz yaşları orqanizmin təbii müdafiələrindən biridir. Belə ki, doğulduqdan sonra onların immun sistemi bir qədər gec "oyandığı” üçün xəstəlik törədiciləri asanlıqla orqanizmə düşüb infeksiyaya səbəb ola bilərlər. Gözün selikli qişası çox həssas olmasın deyə körpənin göz yaşındaxüsusi ferment var  hansı ki, onu infeksiyadan qoruyur.  Göz yaşının tərkibində sudan başqa müxtəlif duzlar və yağlı selik olduğu üçün körpənin gözlərində zığ əmələ gəlir. Onun hissəciklərini daha çox yatarkən göz kənarlarında və ya kipriklərdə görmək olar. Heç vaxt heç nəyi dırnağınızla, yaş pambıq çöpləri ilə təmizləməyə çalışmayın. Körpənizə ziyan vura bilərsiniz.  Gözlərini qaynanmış suyla silin.  Hər gözü üçün ayrı pambıq  diski istifadə edin.  Gözlərini kənardan daxilə doğru yuyun. Göz ətrafında qızartı və ya irin əmələ gəldiyi halda mütləq həkimə müraciət edin – bu konyuktivit əlaməti ola bilər.

Körpənin gigyenası: qulaqlar
Qulaq təmizliyi zamanı bir qaydanı unutmayın:  nə qədər az o qədər yaxşı. Çunki qulaq kirini tam təmizləməyə ehtiyac yoxdur. Birincisi qulaqlar özünütəmizləmə funksiyasına malikdirlər. Qulaq kiri öz özlüyündə hissə-hissə təmizlənir. Ikincisi  qulaq kiri vacib funksiya yerinə yetirir. O yalniz xarici qulaq yolunu nəmləndirmir, həmçinin  daxili qulağı tozdan, çirkdən və ölü hüceyrələrdən qoruyur, habelə  bakteriyalarla mübarizə aparan xüsusi maddələr var ki, o da  iltihablanmanın qarşısını alır.Qulaq kirinin çatışmazlığı hansı ki, tez-tez çimmək nəticəsində yarana bilər qulaq ağrılarına səbəb ola bilər.  Ona görə çimizdirərkən qulağa çox suyu düşməməsinə diqqət edin.  Körpənin qulaqlarını ehtiyatla yumaq lazımdır.  Çox böyük vəz gözlə görünəcək dərəcədə qulaq kiri yığıldıqda onu xaricdən pambıq diskləri ilə təmizləyə bilərsiniz.  Heç vaxt qulaq çöplərindən istifadə etməyin. Siz çox nazik və həssas olan qulaq pərdəsini zədələyə bilərsiniz.  Bu eşitmə qabiliyyətinin itməsinə (karlığa) və ya müvazinətin itirliməsinə gətirib çıxara bilər. Bundan başqa bu formada qulaq kiri təmizlənmir əksinə daha dərinə itələnərək qulaq tıxacının yaranmasına səbəb olur.  Qulaq arxasındakı təbii dəri qatlarının təmizlənməsini unutmamaq lazımdır. Dəri qatlarının təmizliyində bitki  yağı və ya pediatrınızın tövsiyyə etdiyi başqa bir körpə kosmetikasından istifadə edə biərsiniz.

Körpənin gigyenası: burun

Burun təmizliyi körpə yağına batırılmış qulaq çöpləri ilə yumşaq vintvari hərəkətlərlə həyata keçirilir.  Çalışın çox dərinə getməyin – bu burun qanaxması ilə nəticələnə bilər. Efir yağlarından olan burun damcıları körpələr üçün deyil. Onlar nəfəs darlığı yaradır.

Körpənin gigyenası: dodaqlar
Dodaqlar çox həssasdır. Dodaqların dərisi çox incədir. Bununla belə onu qoruyacaq heç bir selikli qişaya da malik deyil. Təbii müdafiə kimi ağız suyu mövcuddur.  Ağız suyunun ifrazı böyüklərə nisbətən uşaqlarda daha çoxdur.  Ağız suyu ifrazı diş çıxarma zamanı daha çox olur.  Ağzı heç nəylə təmizləmək lazım deyil. Ancaq ana hər gün  körpənin ağız boşluğunu yoxlamalıdır. Çünki ağızda olan ağ rəngli ərp ağız gəlməsinin siqnalı ola bilər. Dodaqların ətrafını ağız suyunda olan fermentlərin təsirdən qurumasından və qıcıqlanmasından qorumaq üçün vaxtaşırı  yağlı qoruyucu kremlə silmək lazımdır. Adi bitki yağı ilə dodaqların nəmləndirə və çatların meydana gəlməsinin qarşısını ala bilərsiniz.

Yaqut Abiyeva
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 3 977
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri