Yeni doğulmuş körpələr üçün ayaqqabı seçimi

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 6 457
Səs ver:
(səs: 2)
Gənc valideynlər yenidoğulmuş körpəsinin çox qəşəng görünməsi üçün ona dəbli paltar və ayaqqabı geyindirirlər. Bu zaman ən yaxşı geyim və ayaqqabı seçməyə çalışırlar. Lakin əksərən onlar uşaq üçün ən yaxşını seçməkdə səhvə yol verirlər. Məsələn, oğlan uşaqlarına böyüklərinki kimi böyük krossovki və ya qız uşaqlarına dabanlı ayaqqabı geyindirirlər.
Burada pis cəhət odur ki, bu cür geyimlər əks təsirə malik ola bilər. Körpələrin pəncəsi böyüklərdən çox fərqlənir. O, demək olar qığırdaq toxumadan təşkil olunur və altı yaşına kimi formalaşır, sümükləşir. Əgər uşaq yalnız gözəlliyi nəzərə alaraq geyindirilsə, bu, fiziki inkişaf qüsurlarına səbəb ola bilər.
Uşaq üçün ayaqqabı əsasən 6 ayından sonra seçilməyə başlayır. Çünki bu vaxta qədər o yerimir. Ona görə də bu cəhətdən ayaqqabıları 2 yerə bölmək olar: bütün günü uzanan  yenidoğulmuş balacalar və ilk addımı atan uşaqlar üçün ayaqqabılar.

Yenidoğulmuşların ayaqları hələ yeriməyə hazır olmur. Ona görə də onların ayaqqabılarına bir sıra tələb qoyulur:
1. Ayaqqabı yüngül və təbii materialdan hazırlanmalıdır. O, havanı yaxşı keçirən parça və ya dəridən hazırlana bilər. Bu ayaqqabılar körpə ayaqlarına tərləməyə imkan vermir, içərisindəki tərlik isə nəmi yaxşı hopdurur.
Bununla yanaşı ayaqqabının içərisinə də diqqət etmək lazımdır. O, təbii yun, quzu dərisi və təbii xəzdən ola bilər.

SİNTETİK VƏ PLASTMAS AYAQQABILAR YOLVERİLMƏZDİR!

2. Ayaqqabının altlığı mütləq yumşaq və elastik olmalıdır. Ondan uşağın ayaq barmaqlarını əllə hiss etmək mümkün olmalıdır. Balacalar üçün pinetka və yumşaq ayaqqabılar uyğun ola bilər. Ayaqqabı nə qədər yüngül və hissedilməzdirsə, uşağa o qədər rahatdır.
3. Ayağın yuxarısını tutan botinka və ya çəkmələr yenidoğulmuşlar üçün münasib deyil. Bu ayaqqabılar uşağa yerimə bacarığını əldə etməsinə mane olur.
4. Qış üçün uşağa isti və yumşaq altlıqlı yüngül çəkmə seçilməlidir. O da təbii materialdan olmalı və pambıq içlikli olmalıdır.
Yenidoğulmuş üçün ayaqqabı seçimində başlıca qayda odur ki, ayaqqabı uşağın ayağının formalaşmasına mane olmamalıdır.

Ülviyyə Səid
(səs: 2)
Şərhlər: 6
Baxılıb: 6 457
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri