Qış aylarında uşağı necə geyindirmək lazımdır?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 9
Baxılıb: 4 703
Səs ver:
(səs: 4)
Soyuq hava özü ilə bir sıra problemlə gəldiyi üçün analar qış aylarını çox sevmirlər. Uşaqlar üçün yağış və qar yeni "oyun vasitələri" demək olsa da, analar "xəstələnər" narahatlığı ilə bu "oyun vasitələrindən” xoşlanmırlar. Ayrıca yüngül, hərəkəti məhdudlaşdırmağa yazlıq geyimlərdən sonra qalın üst- üstə geyilən geyimlər, papaqlar, telləri ilə incə uşaq tərəfindən oyun oynamağı çətinləşdirən şeylər olaraq qəbul edilir. Xüsusilə də küçəyə çıxarkən ana ilə uşaq arasında kiçik  "geyim döyüşləri" yaşanır. Uşağınızı soyuqdan qoruyub, ola biləcək xəstəliklərin  mümkün olduğunca qarşısını almaq və eyni zamanda geyim problemlərini oyuna çevirə bilmək üçün bir neçə əhəmiyyətli detala diqqət yetirməniz lazımdır.

Küçəyə çıxarkən necə geyinməli?
Əlbəttə dekabr ayı uşaqla çöldə uzun gəzintilər etmək üçün uyğun bir ay deyil. Amma alış-verişə çıxarkən və ya işə gedərkən uşağınızı bağçaya qoymaq üçün qısa müddətli də olsa soyuqda gəzməniz lazım ola bilər. Bu kimi hallarda alacağınız kiçik tədbirlər uşağınızın soyuqdan zərər görməsinin qarşısını ala bilər.

Uşağınızı "soğan sistemi" nə görə geyindirin
Uşağı qış aylarında necə geyindirmək lazımdır ki, həm soyuqdan təsirlənməsin və üşüməsin, həm də normal hərəkət  etdikdə tərləməsin. Bu mövzuda mütəxəssislərin analara təklifi: soğan sistemi. Yəni uşağı qat-qat geyindirmək. Tək qat çox qalın bir paltar yerinə daha incə bir quruluşda bir neçə qat geyim soyuq havaya qarşı daha yaxşı bir keçirməməzlik təmin edərkən, lazım olduğunda da çıxarılaraq uşağın bədən istiliyinin həddindən artıq artmasının qarşısını almaq olar. Nümunə bir geyindirmə forması olaraq: ən alta uzun termal bir iç paltar, ardından boğazlı və ya dik yaxalı bir jaket (bu jaket uşağın paltosunu önü açıldığında belə boynunu isti tutacaq.) bunun üstünə bir sviter, qalın bir şalvar və palto. Xüsusilə qarda oynamağı sevən uşaqlar üçün ideal bir düstur olacaq. Burada diqqət yetirilməsi lazım olan bəzi uşaqların yun və bənzəri maddələrə qarşı həddindən artıq həssas olamağıdır. Yun qızdırıcıdır amma həssas dərilərə təsir edə bilər. Bunun üçün uşağın dərisinə birbaşa təmas edən paltarların 100% pambıq olmasına diqqət edin.

Bədən istiliyi ən çox başdan itirilir
Çöldə hava istiliyi mənfi dərəcələrə yaxınlaşırsa uşağınız üçün lazımlı olan paltarların başında bir papaq gəlməlidir. Çünki bədən istiliyinin çox böyük bir hissəsi çılpaq baş yoluyla itirilər. Ayrıca boyun bölgəsi də əhəmiyyətli bir istilik itirmə sahəsidir. Soyuq hava və sərt küləyə məruz qalan uşaqların yanaqları, burunları, qulaqları ilk üşüyən və donma təhlükəsinə qarşı ən həssas olan bölgələr arasındadır. Buna görə bir papaq uşağı soyuğa qarşı qoruyacaq əhəmiyyətli bir geyimdir. Uşaqlar papaq geyməyə adətən müqavimət göstərirlər. Buna görə onu narahat etməyəcək bir papaq seçməyə diqqət göstərin. Hətta çöldə çıxarkən siz də bir papaq geysəniz, uşağınızı papaq geyinmə mövzusunda daha rahat razı edə bilərsiniz. Başı, boynu, qulaqları və üzün bir qismini örtən uşaqlar üçün xüsusi dizayn edilən papaqlar, sizi ayrıca bir qulaqlıq və şal taxmaq külfətindən və savaşından qurtaracaq. Belə modelləri bir çox uşaq geyim mağazasında tapa bilərsiniz. Yenə də çox küləkli havalarda uşağınızı çox çöldə qoymamağa və küləyin birbaşa üzünə ç vurmamağına diqqət etməlisiniz.

Ayaqlarını isti saxlayın
Soyuq və islanmış ayaqlar yalnız uşağı narahat etməklə qalmaz, asanlıqla donma təhlükəsi də yarada bilər. Xüsusilə qarda gedən və oynayan uşaq üçün. Buna görə ayaqqabı və corab seçiminə diqqət edin. Izolyator botlar soyuq havalar üçün ən uyğun olanlarıdır. Su keçirməyən, tikişsiz və ayağa tam oturan ayaqqabıları seçin. Ayrıca uşağın ayağını botun içində narahat edəcək şəkildə çox ağır və qalın corablardan qaçının. Daha incə bəlkə iki dənə olaraq giydirebiləcəyiniz pambıqlı, tərlətməyən corabları seçin. Ayrıca qalın corablar səbəbiylə ayaqqabı uşağın ayağını sıxa da bilər. Ayaqla ayaqqabı arasında boşluq qalmaması qorumağı da azaldacağından ayaqqabının rahat geyildiyinə əmin olun. Gərəyindən çox geniş ayaqqabı da corabın sürüşərək toplanmasına səbəb olacağından ayaqqabı seçimi vacibdir.

Əllərə və barmaqlara diqqət!
Kiçik bir əl soyuq havada donma təhlükəsinə ən açıq sahələrin başında gəlir. Xüsusilə körpələr üçün. Buna görə tək barmaqlı və ya normal bir əlcək, hətta itməsinə qarşı bir neçə cüt əlcək uşağınızın qış qarderobunda  mütləq iştirak etməli. Daha böyük uşaqlar üçün su keçirməyən, izolyator əlcəklər seçilməlidir. Hərəkətinin qarşısını almayacaq, daha az kobud, heyvan modelli əlcəklər uşaq tərəfindən daha çox qəbul görməkdədir.

Doğru parçanı və uyğun modeli seçmək lazımdır
Bütün geyimlər içində palto qədər, uşağın azadlığını və hərəkətini məhdudlaşdıran başqa bir geyim yoxdur hərhalda. Buna görə uşaq palto geyməmək üçün dirənir, fürsət tapdıqları ilk anda da bu geyimi çıkarırlar. Amma palto da qışda geyilməsi zəruri GEYİMLƏRdəndir. Buna görə uşağınızla inadlaşmadan,  palto geyilməsi mövzusunda onu razı edərək və özü seçdiyi paltolar alaraq bu problemi həll etməyə çalışmalısınız. Çox dar, ağır, qaşındıran, hərəkəti əngəlləyən paltolar almayın. Yüngül və izolyasiya vəsaitdən edilmiş olanları seçin. Geyimlərini seçərkən də asan geyinilə bilən, şinli, çıtçıtsız, boğazı sıxmayan, kaşındırmayan, həddindən artıq bol və ya dar olmayan geyimləri seçə bilərsiniz. Üşüyüb üşümədiyinə və ya çox istilənib istilənmədiyinə tez-tez nəzarət edin. Siz nə qədər diqqətli geyindirirsiz  geyindirin, uşağınız bunları üzərində eyni dəqiqliklə saxlamayacaq. Xüsusilə hərəkəti sevən, oyunamağı çox seven uşaq. Çox tərləmək ən az üşümək qədər uşağa narahatlıq verir. Bir sıra dəri problemlərinin ortaya çıxmasına da səbəb ola bilər. Ayrıca bədən istiliyi düşən uşaqda bəzi sağlamlıq problemləri görülə bilər. Buna görə uşağınızın əllərini, boynunu tez-tez yoxlayın. Soyuqdursa geyimini qalınlaşdırın. Tərli  və istidirsə bir qat geyimini çıxarın.

Körpələrə daha çox diqqət etmək lazımdır
Körpələrdə yağ təbəqəsi hələ meydana gəlmədiyindən bədən istiliklərini tam tarazlaya bilmirlər. Qısa və davamlı  soyuqda qalanda bədən istilikləri dərhal düşər. Xüsusən də az kilolu doğulan körpələrdə vəziyyət daha da əhəmiyyətlidir. Buna görə onların bədən istiliklərini tez-tez nəzarət etmək lazımdır. Ümumi olaraq körpə geyimində lazım olsa bir ədyal də istifadə edilə bilər. Körpənin bədən istiliyinin kafi olub- olmadığından əmin olmaq üçün ən yaxşı üsul temperaturunu  ölçməkdir. 35 dərəcənin altında olarsa problem var deməkdir. Dərhal isti bir mühit yaradıb onu isitməlisiniz. Otağının istiliyini artırmaq, giyimini qalınlaşdırmaq və ya sizin bədəninizdə istiliyini hiss etməsini təmin edə bilərsiniz.

Hansı hallarda körpənin bədən istiliyinin düşdüyündən şübhələnməlisiniz?
Davamlı ağlayırsa, narahatdırsa, əl və ayaqları soğukdursa, hərəkətləri az, yorğun və halsız görünürsə, sinə və qarın dərisi soğukdursa. Əgər körpənizin vəziyyətindən şübhələnirsinizsə təcili olaraq həkiminizlə əlaqə saxlayın.

Körpə arabası ilə gəzərkən
Körpənizi arabası ilə gəzərkən, arabanın içində qoruyucu və soyuğu önləyici bir örtü, ədyal sərə bilərsiniz. Ayrıca körpənin üstünə də bir ədyal lazımdır. Yağışlı və küləkli havada arabanın qoruyucu üstlüyündən istifadə edin. Körpənin arabada uzun müddət yatmasına icazə verməyin. Ayrıca çox nəmli havalarda körpənizlə çox çöldə qalmayın. Çünki havadakı saysız su damlacığı körpənizin paltarlarını nəmləndirə bilər. Bu da körpənin üşüməsinə səbəb olacaqdır. Ayrıca şiddətli külək körpənin çox tez üşüməsinə gətirib çıxara bilər.

Abiyeva Yaqut
(səs: 4)
Şərhlər: 9
Baxılıb: 4 703
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri