Körpələrinizi havaya atıb tutmaqla sevməyin

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 2 962
Səs ver:
(səs: 1)
Körpəni havaya atıb tutduqda daxili orqanları  yerini dəyişə bilər.
körpəylə oynayarkən və onu yatırdarkən diqqət yetirilməsi lazım olan, edilən bəzi səhv davranışlar mövzusunda  xəbərdarlıq edir.

Körpəylə oynayarkən və onu yatırdarkən diqqət yetirilməsi lazım olan məqamlar:
Körpələri havaya ataraq sevmək bağırsaq düyünlənməsinə səbəb ola bilər.
Düşə bilər və ya da başı tavana dəyə bilər!
6 ay - 2 yaş arası körpələri sevərkən ehtiyatlı olun. Körpə, hər havaya atılıb tutulduğunda daxili orqanlar yerini dəyişdirə bilər. Bağırsağın dövranı pozulduqda hətta hər hərəkətdə bağırsaq bağırsağın içinə girə bilər.
Bundan başqa körpənin başının tavana dəyməsi və  ya da tutula bilməyib yerə düşməsi nəticəsində meydana gələcək zədələr də ciddi sağlamlıq problemlərinə, hətta qalıcı şikəstliklərə zəmin yarada bilər.
Körpələri ayaqda deyil dizdə yelləyin!
Körpələrin  yatması üçün mümkünsə ayaqda yellənməməsi məsləhətdir. Əgər yelləmədən yatmırsa xüsusilə kiçik körpələri diz üstə  alıb çox yavaş, bütün gövdə uyğun hərəkət edəcək şəkildə yellənərək yatırdıla bilər. Yetkinlərdə beyin toxuması kəllənin içini tamamilə doldurmş olur, halbuki körpələrdə elə deyil və hər hərəkətdə həddindən artıq yellənərək, beyin toxumasında sinir hüceyrə itkisinə yol aça bilər.
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 2 962
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri