Sünnət nə zaman olunmalıdır?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 8
Baxılıb: 17 344
Səs ver:
(səs: 1)
Bir oğlan uşağının həyatındakı ən əhəmiyyətli anlardan biridir sünnət. Bəzilərinin çox gözəl keçirdiyi və sünnət toyundan rəngli kadrların ağlında qaldığı gözəl bir an, bəziləri üçün də zədəyə səbəb olaraq ömürləri boyunca xatırlamaq istəməyəcəkləri bir ana çevrilir.  Sünnət artıq xəstəxana mühitində ümumi anestiziya ilə hər yaş qrupunda edilir. Keçmişdə 2-6 yaş arasında edilməsi uşaqda zədələrə səbəb ola biləcəyi üçün məsləhət görülmürdü. Xüsusilə yeni doğulan dövrdə edilən sünnət, uşaqları sidik yolları infeksiyalarından qorumaqla yanaşı, həm də penis xərçəngi və cinsiyyət ağzı xərçəngi riskini azaldır.
Həkimlər sünnətin körpənin dünyaya göz açmasından bir həftə sonra edilməsini məsləhət görürlər. Çünki körpənin ilk 7- 10 günündə onun qaraciyər və böyrəyi öz funksiyalarını işə salamağa çalışır. Erkən sünnət  bu dönəmdə travmatik ola bilər. Elə bu səbəbdən də ən azı bir həftə gözlənilməsi doğru bir seçimdir.
Yenidoğan sünnətində ümumi anesteziya tətbiq olunur. Bir krem ​​köməyi ilə lokal anesteziya təmin edilir. Sünnət dərisi və penise krem ​​sürtülərək təxminən 1 saat gözlənilir. Lazımlı anesteziya təmin edildikdən sonra sünnət dərisi penisin anatomiyasına uyğun olaraq cərrahı üsulla alınır. 15-20 dəqiqə davam edən əməliyyatda qanamaya nəzarət təmin edildikdən sonra, təxminən 7 gündə əriyərək itən estetik bir tikişlə damarlar tək tək bağlanır. Xalq arasında lazer deyə bilinən koter nə kəsərkən, nə də qanamaların qarşısı alınarkən qətiyyən istifadə edilməməlidir.
Son dövrlərdə sünnət dərisinin sıxışdırılaraq açılmasıyla tətbiq olunan tikişsiz sünnət üsulları da fəsadlar törədə biler. Penis dərisinin tamamilə alınması kimi problemlər çox göstərişlər vaxtı tətbiq oluna bilər.  Bu səbəbdən də sünnətin hər yaşda cərrahi və tikişli olaraq edilməsi ən ideal yoldur.

Yenidoğulan körpənin sünnətinin faydaları
Yenidoğulan körpənin  sünnət dilməsində tibbi cəhətdən bir sıra çox üstünlükləri məlumdur:

• Ən böyük üstünlüyü anesteziya olmasıdır.
• Yenidoğan dövründə yaranın sağalması sürətlidir.
• İnfeksiya riski daha aşağıdır.
• Qanama riski çox daha aşağıdır.
• Ən əhəmiyyətlisi uşaq sünnət dərisindən nə qədər tez xilas olursa, bir o qədər də sidik yolu infeksiyası riski o qədər azalır.

Tez doğulmuş körpələrdə sünnət edilə bilərmi?
Vaxtindan tez doğulmuş  uşaqlarda sünnət edilməsi üçün mütləq şəkildə körpənin çəkisi nəzərə alınmalıdır.  Doğum kilosunun 3.000-3.500 qr-a qədər çatmalıdır. 

Hansı hallarda edilməməlidir?
• Uşağın doğulduğunda əlavə bir xəstəliyi varsa,
• Ümumi sağlamlıq vəziyyəti kafi deyilsə,
• İnfeksiya cədvəli görülürsə,
•  Penis aid anormallıqlar (Peyğəmbər sünnəti  və s. ) varsa,
• Sarılıqla əlaqədar göstəriciləri çox yüksəkdirsə və bir müalicəyə ehtiyac varsa, körpə bu müalicə tamamlanmadan qətiyyən sünnət edilməməlidir.
 
Sünnət sonra diqqət ediləcək məqamlar
Sünnətdən  sonra xəstə lazımlı yoxlamlardan keçir və körpə sarğılı şəkidə evinə göndərilir. Ertəsi gün həkim tərəfindən sarğısı  açılır. Ailəyə gündəlik qulluğun  necə ediləcəyi barədə izah verilir. Təxminən 5-7 gündə yaxşılaşma olmalıdır. Yaranın daha tez sağalması üçün otağın tempraturu imkan verirsə, sünnət yeri açıq saxlanılmalıdır. Ara bir yaranın sağalmasını sürətləndirəcək çaytikanı yağı yaraya ehmallıca sürtülməlidir. Əslində körpənin sidiyinin tərkibi sağalma prosessini sürətləndirir.
Bu hallar müşahidə olunursa, həkiminizə müraciət edin!
(səs: 1)
Şərhlər: 8
Baxılıb: 17 344
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri