Yenidoğulmuşlarda süd yarası

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 7 924
Səs ver:
(səs: 2)
9 aylıq intizar bitdikdən sonra körpəniz qollarınızdadır. Bununla da yenicə anadan olmuş balacaya qulluq, qayğı və diqqət dövrü başlayır. Körpələrdə rast gəlinən problemlərdən biri də süd yarasıdır, yəni, ağızda, dilin üstündə görünən ağ ərp! Buna dırnaqarası baxılmamalı, mütləq müalicə edilməlidir.
 
Süd yarası nədir?

Süd yarası göbələk mənşəli olub, körpənin dilinin üstündə, damağında görülən, müalicə edilməzsə, bütün ağız boşluğuna yayıla biləcək ağ ərpdir. O bir müddət sonra uşağın qidalanmasına da problemlər yarada bilər. Ana südü ilə bəslənən körpələrə nisbətən süd yarası əlavə qida ilə bəslənənlər də daha çox olur. Bu zaman qida verilən şüşənin, əmziyin təmizliyi olduqca mühüm amillərdəndir.
 
Süd yarası nədən yaranır?
Süd yarasının bir neçə yaranma səbəbi var. Doğuş zamanı uşaqlıqdakı infeksiyalar onun yaranmasına ən yaxşı mənbədir. Eləcə də doğuşdan sonra istifadə edilən əmziklərin təmizliyinə ciddi riayət edilməməsi və həmçinin döş gilələrinin düzgün olmayan gigiyenası və s. Körpəyə təyin edilən antibiotik müalicə də süd yarasının yaranmasına təkan verə bilər. O körpənin doğulmasının 4-cü günündə, ən geci isə 1 həftəsində özünü biruzə verir.
 
Müalicəsi uzun zaman almır
Süd yarası göbələk mənşəli infeksiya olsa da, gənc valideynləri qorxutmamalıdır. Onlara müalicənin asan və tez olmasını da xatırlatmaq istərdik. Adətən ən sadə müalicə üsulu 1 həftəlik Nistatinlə təyin edilən müalicədir ki, bu dərmanın körpəyə heç bir zərəri yoxdur.
Ana südü də həmin ərplərin aparılmasında mühüm rol oynayır. Lakin döş gilələrinin təmizliyinə diqqət edilməsi şərti ilə... Bu infeksiya öz-özünə keçmir, mütləq həkimə göstərilməlidir. Vaxtında müalicə edilməzsə, körpəyə ağrı verər və onu qidalanmasını əngəlləyər.
 
Aygün Quliyeva
(səs: 2)
Şərhlər: 4
Baxılıb: 7 924
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri