Yenidoğulan niyə ağlayır?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 4 302
Səs ver:
(səs: 3)
Körpə doğulduqdan 3 ay ərzində çox ağlayır.  Ağlamaq körpənin ana ilə yeganə ünsiyyət vasitəsidir. Bunun  vasitəsilə o, anasına onu nəyinsə narahat etdiyini bildirir. Uşağın dünya haqqında müsbət münasibətinin formalaşması üçün onun istənilən istəyi diqqətdən kənarda qalmalı deyil. Ananın körpəsinə reaksiyası ildırım sürətilə olmalıdır. Ana ona nə qədər sürətlə reaksiya versə, körpənin sinir sistemi daha az zədələnər. 
Maraqlıdır ki, ananın uşağın ağlamasına münasibəti ananın intellekt səviyyəsindən və mədəni köklərindən asılıdır. Amerikalıların ailəsində və qərbi Avropada doğulan körpələr daha çox və uzun müddət ağlayırlar. Antropoloq Merdit Smoll bu barədə deyir: " Qərbdə ana uşağın ağlamasına ən azı 1 dəqiqə sonra reaksiya verir. Onu qucağına götürür, sakitləşdirir. Ancaq ilkin ovçuluq və yığıcılıq sivilizasiyasının saxlandığı cəmiyyətlərdə isə uşaqlar eyni tezliklə, lakin daha qısa müddət ağlayırlar. Afrikalı ana övladının ağlamasına 10 san ərzində reaksiya verir və tez körpəni döşə qoyur. Onlar körpəni hətta 1saatda 4 dəfə döşə qoya bilərlər. Hazırda körpə ağlamasına münasibət dəyişilir və onun özünə diqqət cəlb etmə hüququ kimi qiymətləndirilir".

Körpələrə ağlamaq xeyirlidirmi?
Əvvəllər belə bir fikir var idi ki, körpə ağlamalıdır ki, ciyərləri açılsın. Lakin müasir tibb bunu inkar edir. Sağlam, onu heç nə narahat etməyən uşaq ağlamalı deyil.

Yenidoğulanın ağlama səbəbləri
* ana ilə fiziki ünsiyyət ehtiyacı
* acıma, əmmə istəyi
* onu yelləmək istəyi
* yatmaq istəmək, yorğunluq hissi
* tualet istəyi
* üşümə hissi
* daxili narahat (kəllədaxili təzyiq, sinir sistemi pozğunluğu, hipertonus, inkişaf patologiyası, infeksion xəstəliyin başlanması və s.)
* dərinin yüksək həssaslığı
* qorxu və həyəcan, ana ilə ünsiyyət çatışmazlığı
* doğuş stressi, ana bətninin yada düşməsi
* geomaqnit və atmosfer hadisələrinə, ay fazasına reaksiya

Valideynlər bilməlidir ki, uşaqlar səbəbsiz ağlamır. Körpənin qulluğunu onun zərif adaptasiyasına uyğun qurulduqda o, daha az ağlayır. Bəzi valideynlər düşünür ki, uşağın hər ağlamağına reaksiya verilsə, onu ərköyünləşdirərlər. Lakin 1 yaşına qədər uşaqlar ərköyünləşə bilməz. Bu dövrdə uşağa yalnız ətrafına inam yaratmaq və ya onu məhv etmək mümükündür. 
 
Ağlamaq necə ola bilər?
Təcrübəli ananlar körpənin ağlamasımın hansı forması olduğunu ayırd edə bilir. Gəlin bunların bir neçəsi ilə tanış olaq. 
- çağırış ağlamağı- körpə 5-6 saniyə qışqırır, sonra 20-30 saniyə fasilə verir, sonra daha 10 saniyə qışqırır,  20-30 saniyə fasilə verir. Bu bir neçə dəfə baş verir, hər dəfə ağlama müddəti bir qədər uzanır. Sonda körpə dayanmadan ağlayır.
- aclıq ağlaması- bu ağlama çağırışla başlayır, əgər ana körpəsini götürübsə və ona döş vermirsə, o ürəkdən ağlayır, başı ilə axtarış hərəkətləri edir. Əgər ana bundan sonra da verməzsə, ağlama isterik vəziyyətə çatır.
- ağrı zamanı ağlama- bu ağlama əzab çəkmək xarakterli olur. Bu dayanmadan, kəsilməyən, arada güclənən ağlama formasıdır. 
- böyük bayıra çıxarkən ağlama- bu daha çox ciyilti və inilti  şəklində olan ağlama formasıdır. 
- yatmaq istəyən körpənin ağlaması- rəvann ağlama-şikayət tipli ağlama formasıdır. Əsnəmə və gözlərin bağlanması ilə müşayət olunur.
  
Uşaq ağlayarkən ananın davranış qaydaları:
- ilk növbədə əsas qayda: əgər körpə ağlayırsa, onu o dəqiqə götürməli və döş vermək lazımdır. 
- əgər körpə döşdən imtina edirsə, onda onun başqa səbəbi var və onu aradan qaldırmaq lazımdır. Onun bələyini dəyişin, sonra isə yatırmağa cəhd edin. Əgər yenə ağlama dayanmazsa, onun geyiminə diqqət edin. Yatağının rahatlığına baxın. Körpənin qulağının qatlanıb- qatlanmadığına diqqət edin. Bəlkə səpkiləri vardır?
- körpəni sakitləşdirərkən ana özü sakit olmalıdır. Bir çox hallarda körpələr ananın əsəbiliyinə reaksiya verirlər. 
- əgər bunların heç biri nəticə vermirsə, onda deməli uşağa qulluqda ciddi səhv var, ona görə də perinataloq çağırın, əgər uşaqda daxili problem üzündən ağlama varsa, həkimə müraciət edin. Həkim gələnə kimi körpəni diqqətdən kənarda qoymaq olmaz. 

Ülviyyə Səid
(səs: 3)
Şərhlər: 5
Baxılıb: 4 302
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri