Analar və qadınlar üçün tövsiyələrHəmiləlik zamanı qalınların çoxunda ürəkbulanması baş verir Adətən səhərlər baş verən bu halın qarşısını almaq üçün, bir sıra tədbirləri yerinə yetirmək məsləhət görülür: ürəkbulanma səhərlər yataqdan qalxarkən üz verirsə, yuxudan oyanan kimi qalxmağa tələsməmək, az sonra yavaş-yavaş yataqdan qalxmaq məsləhətdir Yeməyə iştaha varsa, səhər yeməyini yeyib bir müddət istirahət etmək yaxşıdır, az-az, lakin tez-tez yemək və turşməzə meyvə şirəsi içmək unudulmamalıdır Ilıq halda olan maye, adətən ürəkbulanmaya kömək etdiyindən ilıq su, ilıq meyvə şirəsi və s içmək olmaz Həm də çox yağlı xörəklərdən pəhriz saxlamalı, mayedən daha çox istifadə etməli, mürəbbə, meyvə yemək lazımdır
Həmiləlik dövründə bə”zən bir sıra qidalara qarşı böyük meyl yaranır Bu meyl daha çox turş şeylərə, hətta bə”zən də tabaşirə, kömürə qarşı da şiddətli olur Hamilə qadınlar gündəlik yeməklərində lazımi qida maddələri ilə tə”min olunsalar, onlarda bu meyl azalır
Həmiləlik zamanı bağırsaq quruluğu və qəbzlik halları baş verir Səbəbi ana bətnində olan uşağın bağırsaqlar üzərinə təzyiq göstərməsi, bununla da onların fəaliyyətinin azalmasıdır Bunun qarşısını almaq üçün qida rejimini tənzimləmək, daha çox maye işlətmək, açıq havada gəzmək, yeməkdən sonra 1 çay qaşığı zeytun yağı içmək məsləhətdir
Hamiləlik zamanı təngnəfəs olma halları baş verərsə bir qədər hərəkət etmək, açıq havada gəzmək, yataq otağının havasını həmişə təmiz saxlamaq vacibdir
Əllərdə, ayaqlarda üz verən mülayim qaşınma hallarının qarşısını almaq üçün, qadınlara ilıq su ilə hamamlanmaq, yemək rejimində müəyyən pəhrizlər gözləmək, yumurta, balıq, çiyələk və bir çox ədviyyələr yeməmək məsləhətdir Hamiləliyin son dövründə bə”zən qadınlar mə”də göpündən narahat olurlar Belə hallarda, əsasən, pəhriz saxlamaq, kələm, xiyar, badımcan, qızardılmış xörəklərdən az istifadə etmək lazımdır Həmilə qadınlarda ayaq ağrısı, daha doğrusu bud nahiyəsində ağrılar müşahidə edildikdə ayaq üstə çox dayanmaqdan, dar paltar geyməkdən çəkinmək lazımdır Yatan zaman həmişə böyrü üstə uzanmaq olmaz Ağrılar çox olarsa, xüsusilə gecə vaxtı baş verərsə, zeytun yağı ilə masaj etmək məsləhətdir