Uşaqlarda köpün qarşısını almağın 6 yolu

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 11 769
Səs ver:
(səs: 3)
Köp nədir?
Cinsindən və irqindən asılı olmayaraq istənilən uşaq (bütün dünyada uşaqların 30%-i) köpdən əziyyət çəkə bilər. Bu problem uşağın 2-3 həftəliyində başlayır, 3, bəzən 4 ayına qədər davam edir. Köpün səbəbi çoxdur, həkimlər 50 ildir cavab axtarır, dəqiq bir şey demirlər. Əsas ehtimallar bunlardır:
bağırsağın hərəkətini tənzimləyən sinir sisteminin tam inkişaf etməməsi,
düzgün qidalanmaması (bəzən üstəlik siqaret çəkməsi),
uşağın yaxşı əmməməsi
Nəticədə uşaq qazını çıxara bilmir və dayanmadan ağlamağa başlayır.
 
Köpün qarşısını almağın 6 yolu
1. Çağaların həzm sistemi bəzi qida məhsullarını mənimsəyə bilmir (bir yaşa qədər körpələrin 15%-i hər-hansı qidaya həssas olur). Ona görə də ana bəzi şeyləri ehtiyatla, az-az yeməlidir. Uşaqlarda köp əmələ gətirən ərzaq məhsulları bunlardır: kələm, quru lobya, noxud, limon, portağal, qreypfrut, badımcan, kartof, isti çörək, qoyun əti, qazlı sular.
2. Uşaq düzgün əmməyəndə, döşü tam tutmayanda, ya da sürətlə əməndə çoxlu hava udur. Əmizdirərkən uşağı düzgün tutduğunuzdan əmin olun. Yedirdəndən sonra uşağı dik tutun ki, əlavə qazı çıxara bilsin.
3. Ananın südü yoxdursa və uşaq əlavə qida alırsa, səbəb həmin qida məhsulu ola bilər. Həkiminizlə danışın, lazımdırsa başqa qidaya keçin.
4. Vanna (sancıların artdığı axşam saatlarında daha yaxşı olar), bəzən avtomobildə gəzinti uşağı xeyli sakitləşdirir.
5. Əmziyin əleyhinə deyilsinizsə, köpdən çox əziyyət çəkən uşağı əmziklə sakitləşdirmək olar.
6. Köpün qarşısını almaq üçün dərmanlar da var, ancaq bəzi dərmanların əlavə təsiri olduğu üçün mütləq həkimdən məsləhət alın. Analarımız nanə, yaxud şüyüd suyunu məsləhət görürlər.
Köpün qarşısını heç nəylə ala bilmirsinizsə, sakit olun. Təşvişə düşməmək çox vacibdir. Unutmayın ki, köp xəstəlik deyil, bunun uşağa xüsusi zərəri yoxdur və uzağı 3 aya keçib gedəcək. Uşaq qucağınızda hərəkət edin, gəzin, mahnı oxuyun. Bəzən davamlı səs, məsələn, fenin səsi uşağı sakitləşdirir.

Uşağın məhz köpdən əziyyət çəkdiyini necə bilmək olar?

Köp sancıları adətən günün ikinci yarısında, axşamlar başlayır. Ağrı çox olanda uşaq bütün gün ağlaya bilər
Uşaq ağlayanda ayaqlarını şişib bərkimiş qarnına yığır
 
Ağladıca qaz buraxır
Uşaq müntəzəm şəkildə ağlayır, çünki sancılar müntəzəm olur
Uşaq çox narahatdırsa, əlbəttə, həkimlə məsləhətləşin, bəlkə səbəb heç köp deyil, bəlkə uşaq qulaq ağrısından, sidik yolu infeksiyasından və ya başqa bir şeydən əziyyət çəkir? Sual vermək həmişə işin xeyrinədir.
(səs: 3)
Şərhlər: 5
Baxılıb: 11 769
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri