Uşaq xəstəlikləri - Peyvəndlər

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 4 993
Səs ver:
(səs: 2)
Uşaqların ən çox yoluxa biləcəyi xəstəliklər və onlara qarşı peyvəndlərin siyahısı İnfeksion xəstəliklərə qarşı peyvəndlər son illər bütün dünyada uşaq ölümünü kəskin azaldıb. Hər bir ölkə ərazisində yayılan infeksiyalara qarşı xüsusi peyvənd təqvimi tərtib edir. Azərbaycanın milli peyvənd təqviminə uyğun olaraq uşağa ilk peyvənd doğulan kimi vurulmalıdır.
Azərbaycanda uşaqların ən çox yoluxa biləcəyi xəstəliklər və onlara qarşı peyvəndlərin siyahısı ilə tanış olaq.
Qızılca kəskin yoluxucu xəstəlikdir, hava-damcı yolu ilə yayılır. İnfeksiya mənbəyi xəstə insandır. Xəstəliyin əlamətləri- bədən hərarətinin yüksəlməsi, zökəm, gözün selikli qişasının iltihabı, işıqdan qorxma, mərhələli səpkilərin əmələ gəlməsi və s. Vaxtında həkimə müraciət edilmədikdə xəstələrdə ağırlaşmalar baş verir.
Məxmərək yoluxucu xəstəlikdir, hava-damcı yolu ilə yayılır. Xəstəliyin əlamətləri- ümumi zəiflik, normadan bir qədər yuxarı qızdırma, başağrısı, boyunarxası limfa düyünlərinin böyüməsi, səpkilərin əmələ gəlməsi və s. Vaxtında həkimə müraciət edilmədikdə xəstələrdə fəsadlar baş verir. Hamilə qadının məxmərəyə tutulması hamiləliyin pozulması ilə nəticələnə bilir.
Epidemik parotit yoluxucu xəstəlikdir. Xəstəliyin əlaməti qulaqdibi tüpürcək vəzilərinin şişkinliyidir. Epidemik parotit xəstəliyi nadir, lakin ciddi ağırlaşmalara səbəb ola bilər.
Qızılcanın, epidemik parotitin və məxmərəyin əleyhinə peyvənd bu xəstəliklərin profilaktikasının ən uğurlu üsuludur. Uşaqları QMP əleyhinə vaksinlə peyvənd etmək lazımdır. Bu peyvəndin 1-ci dozası uşaqlara 12 aylığında, 2-ci dozası isə 6 yaşında vurulur (milli peyvənd təqviminə uyğun olaraq).

Difteriya hava-damcı yolu ilə yayılır. Xəstəliyin infeksiya mənbəyi xəstələr və yoluxucu bakteriyalardır. Boğaz ağrısı, boğazda qızartı, iştəhasızlıq, hərarətin bir qədər yüksəlməsi, 2-3 gün udlaq və badamcıqların üzərində boz rəngli ərpin əmələ gəlməsi, boyun limfa vəzilərinin bir qədər böyüməsi, boyun nahiyəsinin şişməsi, burundan serroz-qanlı möhtəviyyatın ifraz olunması xəstəliyin əlamətləridir.
Göyöskürək tənəffüs yolunun yoluxucu xəstəliyidir. Hava-damcı yolu ilə yayılır. Belə xəstəliklərdə 4-8 həftə davam edən "hürücü” öskürək müşahidə edilir. Xəstəlik 1 yaşa qədər olan uşaqlar üçün təhlükəlidir. Uşaqda soyuqdəymə əlamətləri ilə müşahidə olunur, tədricən isə davamlı öskürək tutmaları ilə başlayır.
Tetanus xəstəliyini törədən bakteriyalardır. Tetanus insandan insana keçmir. İnsan tetanusa yara və yaxud kəsik səthinə torpaq zərrələrinin daxil olduğu zaman yoluxa bilər. Çeynəmə əzələlərinin qıcolması tetanusun xarakterik əlamətlərindən biridir. Qıcolmalar sonradan boyun əzələlərinə keçir və udqunmanı çətinləşdirir. Ölüm halları daha çox azyaşlı uşaqlar və yaşlılar arasında qeydə alınır.
Hib infeksiya (B tipli hemofil çöplərin törətdiyi xəstəliklər) insandan insana hava-damcı yolu ilə keçir. Uşaqlar arasında yayılan bu xəstəliklərin 90%-dən çoxu təhlükəli infeksion xəstəliklərdir (pnevmoniya, sepsis, epiqlotit, septiki artrit, absess və s). Xəstəlik əsasən 2 yaşa qədər olan uşaqlar arasında qeydə alınır.
Hepatit B xəstəliyinin törədicisi hepatit virusudur. Bu infeksiya qaraciyəri zədələyir, kəskin və xronik hepatiti törədir. Daha ağır hallarda sirroz və qaraciyər şişləri yaranır. Bu infeksiya qeyri-steril infeksiya və ya əməliyyyat zamanı, yoxlanılmamış qanköçürmə ilə yoluxa bilər. Uşaqda bu infeksiya əlamətsiz keçir, yoluxmuş uşaqlar daha çox xroniki daşıyıcı olur.
Difteriya, göyöskürək, tetanus, Hib infeksiya və hepatit B-dən qorunmanın ən effektv üsulu vaksinasiyadır. Hepatit B əleyhinə HepB vaksinin ilk dozası yenidoğulmuşlara doğuşdan sonra 12 saat ərzində vurulmalıdır. Daha sonra uşaqlar difteriya, göyöskürək, tetanus, Hip infeksiya və hepatit B-yə qarşı 1 yaşına qədər kombinə olunmuş beşkomponentli GDT Hip HepB vaksini ilə 3 dəfə, 2 yaşına qədər yalnız GDTvaksini ilə 1 dəfə, 6 yaşında yalnız DT vaksini ilə 1 dəfə peyvənd olunmalıdır.
Vərəm hava-damcı yolu ilə yayılır. Bu xəstəlik ağciyərləri, bəzən isə sümük, beyin, dəri kimi orqanları zədələyir. Ümumi halsızlıq, hərarət, yüksək dərəcədə tərləmə, çəkinin itirilməsi vərəmin əlamətləridir. Ağciyər vərəmi olan xəstədə daima öskürək, bəzən qanhayxırma və döş nahiyəsində ağrılar müşahidə olunur.
Vərəm infeksiyasının qarşısını almaq məqsədilə bütün yeni doğulan uşaqlara 4-7 günlükdə BCG vaksini ilə peyvənd olunmalıdır.
Poliomielit sinir sistemini zədələyən, əzələlərin iflicinə gətirib çıxaran və hətta ölümlə nəticələnə bilən yoluxucu xəstəlikdir. 15 yaşa qədər olan uşaqlar və nadir hallarda böyüklər yoluxa bilərlər. Ən çox 5 yaşadək olan uşaqlar yoluxur. Hərarətin yüksəlməsi, iştahasızlıq, əzginlik, əzələ və baş ağrıları xəstəliyin əsas əlamətləridir.
Poliomielit təhlükəsinin qarşını almaq üçün uşaqlar diri oral poliomielit vaksini ilə peyvənd edilməlidir. Vaksin məhlul şəklində pipetlə uşağın ağız boşluğuna damızdırılır. Peyvənd uşağın 4-7 günlüyündə, sonra isə 2, 3, 4 və 18 aylığında edilir. Hər bir uşaq 2 yaşınadək mütləq bu vaksinin 5 dozasını almalıdır.
(səs: 2)
Şərhlər: 5
Baxılıb: 4 993
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri