İlk dişlər hansı ayda çıxmalıdır

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 3 216
Səs ver:
(səs: 0)
Adətən uşağın ilk dişi 7-ci ayda çıxır.
Amma ilk dişin 12-ci, ya da 3-cü ayda, hətta daha tez çıxması da normaldır (bu, irsi məsələdir).
Dişin çıxması prosesi isə ilk dişin görünməsindən çox əvvəl başlayır. İlk əlamət seliyin çoxalmasıdır. Uşağın 10 həftəliyindən 3-4 aylığına qədər seliyi axır. Bəzən bu selik axını körpənin ağzının ətrafında, boğazında qızartı əmələ gətirir. Ya da yüngül öskürəyə səbəb olur. Narahatlığa ehtiyac yoxdur, qripin, soyuqdəymənin, allergiyanın başqa əlaməti yoxdursa, öskürək keçib-gedəcək.

Dişlərin çıxması ardıcıllığı
Şəkildəki sıralama uşaqların çoxunda müşahidə olunan ardıcıllıqdır. Amma dişlərin çıxması ardıcıllığı bütün uşaqlarda eyni olmur və çox fərqlidir. Adətən ilk dəfə öndəki alt dişlər, sonra yuxarıdakı ön cütlük peyda olur. Daha sonra yanlardakı dişlər çıxmağa başlayır.
Bəzi uşaqlarda dişlər cüt çıxmaya bilər. Hətta, məsələn, ortadakı cütlükdən biri və bir yan diş eyni vaxtda, cütün o biri tayı və yanındakı diş sonra çıxa bilər.
Körpənin ilk dişi gec çıxıbsa, sonrakı dişləri də xeyli vaxtdan sonra çıxa bilər.
1 yaşından 3 yaşına qədər uşağın 20 dişi çıxmalıdır.
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 3 216
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri