Yarımçıq doğulmuş uşağın qida rejimi

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 4 906
Səs ver:
(səs: 1)
Bütün uşaqlar doğulandan sonrakı bir neçə gün ərzində arıqlayırlar. Yarımçıq doğulmuş uşaqlarda arıqlama prosesi sürətli olur. Amma sağlamdırsa, yaxşı qulluq olunursa, bu uşaqlarda artım da sürətlə gedər. Yarımçıq doğulmuş uşağın çəkisi 3 həftəliyində bərpa olunur, 3 aylığında iki dəfə, 4-5 aylığında üç dəfə, yaşına qədər 6-7 dəfə artır. Beləliklə yaşıdlarına yaxınlaşır! Yarımçıq doğulmuş uşağın qidalandırılması onun çəkisindən, vəziyyətindən asılıdır. Məsələn, uşaq əmə bilmirsə, südü onun mədəsinə xüsusi boru—zond vasitəsilə çatdırırlar. Uşağın çəkisi 2000 q-ı keçərsə, vəziyyəti yaxşılaşarsa, ona döş vermək mümkündür. Belə uşağa əvvəlcə gündə bir dəfə, sonra 2-3 dəfə, sonrakı günlərdə normal qaydada ana südü—döş verilir. Döşü tuta bilməsə (ümidinizi itirməyin, uşaqların çoxu əvvəl döşü tuta bilmir), butılkadan istifadə edirlər.
Uşağın həzm sisteminin hazır olmamasını, mədəsinin ölçüsünün kiçikliyini nəzərə alaraq onu damcı-damcı yedirtmək lazımdır. İlk günlər bir dəfədə 3-5 ml, sonra 10-15 ml, günlər keçdikcə 15-20 ml, 25-30 ml süd verilir. Artıq verilərsə uşaq qusa, süd tənəffüs yollarına düşə bilər. Sonrakı günlərdə verilən südün miqdarı uşağın çəkisinə əsasən müəyyən olunur.
Zəif yeyən uşağa hər 1,5-2 saatdan bir döş vermək gərəkdir (gecələr də eyni qaydada). Problem yoxdursa, uşaq qusmursa, nə qədər istəyir, döş vermək olar. Ana südü ilə qidalanmırsa, yarımçıq doğulmuş uşağa hər 3 saatdan bir yemək verilməlidir (gecələr 6 saat fasilə verməklə).
 
Ana südü, ya süni qida?
Yarımçıq doğulan uşaq üçün ana südü hər şeydən vacibdir. Məhz anasının südünün tərkibindəki zəruri maddələr körpənin həyata qayıtması deməkdir. Döşvermə həm də sizi depressiyadan qurtarar, aranızda ünsiyyət yaradar. Araşdırmalar göstərib ki, ünsiyyət yarımçıq doğulmuş uşaqların həm psixoloji, həm də fiziki inkişafı üçün vacibdir.
Ananın südü yoxdursa, başqa anaya müraciət etmək olar.
Süd yoxdursa, ümidinizi itirməyin. İndi hətta yarımçıq doğulmuş uşaqlar üçün qidalar istehsal olunur. Həkimlə məsləhətləşib, etibar etdiyiniz şirkətin hazırladığı məhsullardan istifadə edə bilərsiniz.
Ana südündən süni qidaya keçəndə ehtiyatlı olun. Süni qida əvvəlcə gündəlik qidanın 1/8-ni, ikinci gün 1/4-ni, üçüncü gün 1/2-ni təşkil etməlidir. Yarımçıq doğulmuş uşaq ana südündən süni qidaya tam olaraq 5-6 gün ərzində keçirilə bilər.
Əlavə qida yarımçıq doğulmuş uşaqlara daha tez verilir. Məsələn, meyvə püresini, şirəsini normalda uşağa 6 aylığında vermək tövsiyyə olunursa, yarımçıq doğulmuş uşağa 1,5 aylığında yedirtməyi məsləhət görürlər.
(səs: 1)
Şərhlər: 2
Baxılıb: 4 906
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri