Uşaq bezlərinin nə ziyanı var?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 8
Baxılıb: 3 893
Səs ver:
(səs: 1)
İlk bezlər heç də indikilər kimi keyfiyyətli olmadı, onların uğursuz tərkibi (içinə taxta kəpəyi doldurulurdu) yalnız paltarı təmiz saxlayırdı. Uşağın dərisini nəmişlikdən nəinki qorumur, əksinə, həddən artıq nəmişliyə səbəb olurdu. İllər keçdikcə bez istehsalçıları məqsədə nail oldular. İndi bezlər daha nazik və daha "havalı” materiallardan hazırlanır, xüsusi maddələr ifrazatı çəkir, uşağın dərisinə dəyən hissə quru qalır. Körpənin dərisi nəmişlikdən, nəmişlik nəticəsində yaranan müxtəlif xəstəliklərdən qorunur. Bezlərin çəkisi günü-gündən azalır–bir bez orta hesabla 50 q-dır. Uşaqlara, eləcə də analara bəxş etdiyi rahatlıq isə müqayisəolunmazdır.
Amma bütün bu deyilənlər və yazılanlar bez barədə narahatlığa nöqtə qoymayıb. Bu sual çox anaları maraqlandırır:
 
Bezlər ziyanlıdırmı?
Əlbəttə, əgər siz uşağı dolu bezdə saatlarla saxlayırsınızsa, ona ziyan edirsiniz. Axı bezlər yalnız mayeni içinə çəkir, nəcisin qatı hissəsi uşağın dərisi ilə bezin arasında qalıb, onu narahat edə bilər. Həm də bezlər bir neçə saat üçün nəzərdə tutulub.
Uşaq bir neçə dəfə işəyəndən sonra bez şişib, onu sıxmağa başlayar. Odur ki, istənilən bezi 3, uzağı 5 saatdan bir dəyişmək lazımdır (amma bez nəmdirsə dəyişdirilməlidir, quru bezi dəyişməyə ehtiyac yoxdur).
Bezləri bərk bağlayanda uşağa ziyan edə bilərsiniz. Körpənin qarnının bərk sıxılması qazların çıxmasına əngəl olar. Bezi bağlayanda yoxlayın, barmağınız bezlə uşağın dərisi arasına asanlıqla yerləşməlidir.
Aparılan araşdırmalar göstərib ki, bezlərin mikroiqlimi uşağın dərisi üçün faydalıdır və ilk bezlər kimi parnik effekti yaratmır. Ancaq elə bezlər var ki, uşaqda allergiyaya səbəb olur. Bu, bezlərin hazırlanması zamanı istifadə olunan maddələrdən və uşağın dərisinin bu maddələrə reaksiyasından asılıdır.
Körpənin dərisində səpki, qızartı görsəniz, dərhal həkimə müraciət edin. Səbəb istifadə etdiyiniz bezdirsə, başqa şirkətin məhsulunu alın. (Bəzi uşaqların dərisi ümumiyyətlə heç bir bezi götürmür.)
Bundan başqa, uşağı, xüsusilə də oğlan uşağını bütün gün bezdə saxlamaq olmaz. Paltarını dəyişərkən, körpəni azacıq çılpaq qoymaq lazımdır. (Evinizin temperaturu normaldırsa, körpəni gündə bir neçə dəqiqə tam çılpaq saxlamalısınız. Buna "hava vannası” deyilir.)
Bəzi mütəxəssislər bezlərin oğlan uşağı üçün tam təhlükəsiz olduğuna əmindirlər. Bu fikri onunla əsaslandırırlar ki, 2 yaşına qədər uşaqların cinsiyyət orqanında elə bir inkişaf getmir və bu dövrdə bezlər cinsiyyət orqanına təsir edə bilməz.
Hər şeyə rəğmən uşaq bezlərdən nə qədər tez çıxsa, bir o qədər yaxşıdır. Körpənin 6 aylığından onu tualetə aparmağa, daha çox bezsiz saxlamağa çalışın. Bezlərdən qurtara bilmirsinizsə, cəhdləriniz nəticə vermirsə, məyus olmayın, bu proses bir neçə ay çəkə bilər. Qarşısınıza məqsəd qoysanız, istədiyinizə çata biləcəksiniz.

Bezlər ətraf mühitə zərər vurur
Təbiəti sevən valideynlərin nəzərinə bir faktı çatdıraq ki, bezlər ətraf mühiti ən çox çirkləndirən məhsullardandır. Hər bir bezin çürüməsi üçün 500 ildən çox vaxt lazımdır. Bir uşaq ümumilikdə orta hesabla 4 000 bez işlədir.
Ətraf mühitin çirklənməsinin qarşısını almaq üçün 2000-ci illərin əvvəllərindən bez istehsalçıları bioloji, eyni zamanda bir neçə dəfə istifadə oluna bilən bezlər buraxmağa başlayıblar.
(səs: 1)
Şərhlər: 8
Baxılıb: 3 893
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri