Yeni ana olanların ən çox etdikləri səhvlər

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 2 328
Səs ver:
(səs: 4)
O oyaqkən körpənizin dırnaqlarını kəsmək
Bir uşağın dırnaqlarını kəsmək o yatarkən daha asandır. Uşağınız oyaqkən əllərini daim hərəkət etdirdiyi üçün dırnaq kəsmək həm çətin, həm də təhlükəli ola bilər.
 
Kifayət qədər sual verməmək
Bəzən yeni ana olanlar, sual verməkdən çəkinirlər. Suallarının axmaq olmasından qorxurlar. Həqiqət odur ki, mövzu körpə baxımı olanda axmaq sual deyə bir şey yoxdur. Bütün suallarınız üçün uşaq həkiminizə və öz həkiminizə müraciət edə bilər, ananızdan, dostlarınızdan yardım ala bilərsiniz.
 
Körpəni sadəcə bir əmziyə uyğunlaşdırmaq
Körpəniz üçün edəcəyiniz ən böyük yaxşılıq onun yalnız bir əmziyə uyğunlaşmasına mane olmaqdır. Körpənizin əmziyini tez-tez dəyişdirin.
 
Dərhal yaxşılaşmağa çalışmaq
Bir çox ana doğumdan sonra dərhal əvvəlki halına qayıtmağa, normal həyatına davam etməyə çalışır. Siz bu səhvi etməyin və bədəninizə tam yaxşı olması üçün imkan tanıyın.
 
Qidalanma mövzusunda yardım almamaq
Əmizdirməyi seçən analardansınızsa, kiçik də olsa problemlər yaşamağınız çox normaldır. Bu bir çox ananın başına gəlir və bunda utanılacaq heç bir şey yoxdur. Çox az ana heç bir problem yaşamadan körpəni əmizdirməyi bacarır.

Problem yaşadığınız vəziyyətlərdə yardım almaqdan çəkinməyin.
(səs: 4)
Şərhlər: 4
Baxılıb: 2 328
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri